Metropoliten: Zərurət olarsa, stansiyalarda tibb məntəqələri yaradıla bilər
Metropoliten: Zərurət olarsa, stansiyalarda tibb məntəqələri yaradıla bilər
10:36 10.06.2024
Cəmiyyət
359
Bakı metrosunda son günlər bəzi sərnişinlərin tez-tez halının pisləşməsi və ya qatar yoluna düşərək xəsarət alması hallarına rast gəlinir. Metropoliten əməkdaşları təcili tibbi yardım çağırsa da, bəzi kritik vəziyyətlərdə həkim briqadası hadisə yerinə çatana qədər sərnişin dünyasını dəyişmiş olur. Nəticədə, metroda tibbi məntəqələrinin yaradılmasının zəruriliyi gündəmə gəlir.
Belə halları nəzərə alaraq metro stansiyalarında tibbi məntəqəsi yaradıla bilərmi?
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurumun paytaxtın səhiyyə strukturları, xüsusən də Təcili Tibbi Yardım xidməti ilə operativ, sürətli əlaqə formaları var:
“Bu, tarixən tənzimlənmiş və davamlı olaraq monitorinqlər əsasında nəzarət altında saxlanılan bir əlaqə formasıdır. Nümunə üçün deyim ki, “Bakı Metropoliteni”nin hansısa stansiyasından çağırış daxil olarkən, nəinki ən yaxın təcili tibbi yardım məntəqəsi, hətta metropolitenin həmin stansiyasına yaxın məsafədə olan təcili tibbi yardım briqadasının stansiyaya yönləndirilməsi təmin olunur. Bununla bağlı bu günə qədər hər hansı ciddi neqativ hal müşahidə olunmayıb”.
O, qeyd edib ki, metroda tibb məntəqəsinin yaradılması məsələsi müntəzəm olaraq diqqətdə saxlanılır:
“Metropolitenin aidiyyəti səhiyyə qurumları ilə müntəzəm əlaqələri, monitorinqlərinin nəticəsinin müzakirəsi, mübadilənin başqa formalarından istifadə olunur. İnanıram ki, xüsusi zərurət yaranacağı təqdirdə metro stansiyalarında bu xidmətin təşkili məsələsinə də baxıla bilər”.
“Bakı Metropoliteni sırf sərnişindaşıma fəaliyyətini təmin edən qurumdur. Bu səbəbdən səhiyyənin təşkili ilə bağlı hansısa təcrübəsi və peşəkar səlahiyyəti yoxdur. Hətta Bakı metropolitenin işçiləri, xüsusən də maşinistlərin reys öncəsi müayinəsinin müxtəlif sahələrdə təşkil olunması ilə bağlı da hansısa məsələ məhz səhiyyə strukturları və qurumları ilə müntəzəm əlaqələr formasında təşkil edilir”, - deyə B.Məmmədov bildirib.
Xatırladaq ki, Bakı metrosunda anoloji hallardan biri ötən gün yaşanıb. Belə ki, metronun "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyi üçün yuxarı vestibüldə metro əməkdaşına yaxınlaşıb. Metro əməkdaşları dərhal təcili tibbi yardım xidməti çağırıb. Lakin sərnişin xidmət işçiləri gələnə kimi dünyasını dəyişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan bu türk ölkəsinə səfər edəcək
01:22 23.09.2026
Cənubi Qafqaz
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm