Novruz bayramı ilə əlaqədar Bakıda hazırlıq işləri aparılır
Yusif Nəzərli
05:26 14.03.2024
Cəmiyyət
905
Novruz bayramı ilə əlaqədar Bakının bütün rayonlarında genişmiqyaslı hazırlıq işləri aparılır.
APA-nın xəbərinə görə, şəhərin əsas istirahət və gəzinti məkanları ilə yanaşı bütün rayonlardakı əsas bağlar Novruz atributları ilə xüsusi olaraq bəzədilir, prospekt və əsas küçələr boyunca işıq dirəklərinə bayram işıqlandırılmaları quraşdırılır.
Ənənəvi olaraq bayram atributları ilə bəzədilən “Azneft” meydanından əlavə Cavanşir körpüsünün yanındakı meydançada axşam saatlarında işıqlandırılan Novruz atributları qurulub.
İşlər çərçivəsində şəhərin meydan və parkları, istirahət məkanları abadlaşdırılır, burada yaşıllıqlar salınır, yeni gül və kollar əkilir.
Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılır, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri, gecə işıqlandırılması quraşdırılır.
Həmçinin paytaxtın rayonlarında müvafiq hazırlıq işlərinin aparılır, layihələrə uyğun tərtibat işlərinin görülür. Eyni zamanda müxtəlif konsert proqramları da təşkil ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou
“1 milyon 100 min vətəndaşın pensiyası artacaq” - Vüqar Bayramov
15:33 02.10.2026
Sosial
İnsanlar mağazaya daxil olanda daha ucuz mala qaçır - SƏBƏB?
15:17 02.10.2026
İqtisadiyyat