
Ölkəmizdə yığılan avtomobillərin alınması üçün təşviqat işləri aparılmalıdır -RƏY
12:10 29.10.2024
Cəmiyyət
506
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 min 623 ədəd minik avtomobili istehsal edilib.
Publika.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 1 513 ədəd və ya 71,7% artıb.
2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 2 min 110 ədəd təşkil edib.
2024-cü ilin 1 oktyabr tarixinə anbarlarda qalan minik avtomobillərinin sayı 93 ədəd və ya 18,7% artaraq 590-a çatıb.
2023-cü ilin 1 oktyabr tarixinə bu göstərici 497 ədəd olub.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev "Sherg.az"a söyləyib ki, bu əslində istehsal deyil, yığılmadır:

“Çünki ehtiyat hissələri (ban, təkərlər, mühərrik) hazır gəlir və yığılır. Normal olaraq ən yaxşı istehsal odur ki, hissələrin 70-80 faizini özü istehsal etsin. 70-80 faizdən aşağı olduqda isə artıq istehsal deyil yığılma adlanır. Düşünürəm ki, maşının hazırlanması üçün onun 1-2 faiz hissəsi özümüzdə var. Ölkədə istehsal olunan avtomobillərin statiskasına baxan zaman anbarda qalan avtomobil sayı onu göstərir ki, nəsə düzgün getmir. Vətəndaşları məcbur edə bilmərik ki, bu avtomobilləri alsınlar. Son dövrlər ən çox elektrikli və hibrid avtomobil alındığına görə isə anbarda qalan avtomobilləri sayı daha da çoxalıb. Lakin avtomobil almaq istəyən dövlət qurumlarını bu yola yönləndirmək, hətta məcbur etmək belə mümkündür ki, öz ölkəmizdə istehsal edilən avtomobil alsınlar. Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan şəxslərdə həmin avtomobilləri ala bilərlər. Ölkəmizdə yığılan avtomobillərin alınması üçün təşviqat işləri aparılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm