Ordudakı boşluqlar doldurulur ! - “Düşmənlə məsələmiz hələ bitməyib”
Banuçiçək Kalbalıyeva
13:05 18.11.2020
Cəmiyyət
958
Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan vətəndaşlar birbaşa kadr zabit heyətinə keçiriləcəklər. Bu, Prezident İlham Əliyevin imzaladığı “ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Fərmanda dəyişiklik edilməsi haqqında” Fərmanda əksini tapıb.
Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov Fərmanın əhəmiyyətini “Sherg.az”a qiymətləndirib:
“Bilirik ki, qismən səfərbərlik zamanı hərbi vəzifəlilər və ehtiyatda olan zabit, gizirlər xidmətə cəlb edilirlər. Düşmənlə məsələmiz hələ tam həll olunmayıb, tam bitməyib.
Odur ki, ordunu komplektləşdirməyə zərurət var.
44 günlük döyüşlərdə itkilərimiz olub, müəyyən vəzifələrdə vakansiyalar var. İmzalanan sənədlə zabit və gizirlərin orduda qalması və boşluqların doldurulmasını təmin ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm