Özbaşına tikinti işləri aparanlar 500 manat cərimələnəcək
Özbaşına tikinti işləri aparanlar 500 manat cərimələnəcək
Yusif Nəzərli
17:41 08.04.2023
Cəmiyyət
1088
Əgər cərimələr artıq tikilmiş fərdi yaşayış evlərinə də şamil ediləcəksə, bu düzgün yanaşma deyil
“Ən optimal variant sənədsiz evləri qeydiyyata alaraq çıxarış verərək, onları vergiyə cəlb etməkdir”
Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.
Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək.
Daşınmaz Əmlak eksperti Elnur Fərzəliyev isə “Şərq”ə açıqlamasında deyib ki, qanunsuz tikililərin sahiblərini cərimələmək çıxış yolu deyil və bu cərimələrin artırılması da heç bir effekt verməyəcək: “Bu cərimələmə tikinti mərhələsində həyata keçirilirsə, gələcəkdə qanunsuz evlərin sayının artmamasına müəyyən qədər təsir edə bilər. Yox əgər bu cərimələr artıq tikilmiş fərdi yaşayış evlərinə də şamil ediləcəksə, bu, düzgün yanaşma deyil. Bakı və Abşeronda çıxarış ala bilməyən yüzminlərlə tikili var. Qeyri-rəsmi statistikaya əsaslansaq, beş yüz mindən çox təkcə Bakı və Abşeron ərazisində çıxarışı olmayan həyət evi var.
Onların əksəriyyətində torpaqların təyinatı fərqlidir. Bir qismi isə torpağı bələdiyyədən alıb və bələdiyyə sərəncamı ilə də ev tikib. İndi isə çıxarış ala bilmir ki, sən demə o ərazilər bələdiyyə torpağı deyilmiş. Qısaca deyim ki, özbaşına tikinti o demək deyil ki, hansısa bir vətəndaş istədiyi yerdə gedib özünə ev tikir. Hansısa qurumla razılaşır, torpaq alır, tikinti üçün ödəniş edir. Sadəcə ona satılan torpaq təyinatlı olmadığı üçün son mərhələdə çıxarış ala bilmir. Hesab edirəm ki, cərimələnmə ilə bu cür qanunsuzluqlara son qoymaq real deyil. Ən optimal variant sənədsiz evləri qeydiyyata alaraq çıxarış verərək onları vergiyə cəlb etməkdir. İnsanlar həmin evlərdə onsuz da yaşayır, kommunal xərcləri ödəyirlər. Həmin ərazilərdə çıxarışların olmaması səbəbindən həm vətəndaşlar əziyyət çəkir, həm də bələdiyyə və dövlət büdcəsi vergilərdən yararlana bilir. Bəli, qanunvericilikdə çıxarış olmalıdır ki, bu sənəd üzərindən bələdiyyə vergi toplaya bilsin”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə