
Parklanma şəhərdə əsas problemlərdən birinə çevrilib -EKSPERT
11:25 28.10.2024
Cəmiyyət
666
Bakıda ödənişsiz parklanma məntəqələri təşkil edilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, AYNA tərəfindən paytaxtın Mikayıl Useynov və Aqil Quliyev küçələrində 9 məntəqə üzrə 94 parklanma yeri təşkil edilib.
Üç məntəqə fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün nəzərdə tutulub.
Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov "Sherg.az"a bildirib ki, fiziki məhdudiyyətli şəxslərin parkinq xidmətindən pulsuz istifadə etməsi təqdirəlayiq addımdır:

"Fikrimcə, bununla bağlı vətəndaşlara əlavə üstünlüklər verilməlidir. Çünki parklanma şəhərdə əsas problemlərdən birinə çevrilib. Yəni, Bakıda avtomobil saxlamaq üçün yer tapmaq çətin məsələdir. Üstəlik, parklanma xidməti də çox bahadır. Ona görə də sürücülər avtomobillərini səkilərdə, hətta, blokların və həyətlərin girişlərində saxlayırlar. Bu səbəbdən tıxaclar yaranır. Belə halların qarşısını almaq üçün isə mütləq şəkildə avtomobillər üçün yeni parklanma zolaqları yaradılmalıdır. Həmçinin, ödənişlərin daha münasib qiymətə olması vacib amillərdən biridir. Yəni, hazırda yüksək olan mövcud parkinq qiymətləri endirilməlidir. Bununla da parkinq problemi birbaşa öz həllini tapacaq. Ondan sonra heç kim avtomobillərini səkilərdə saxlamağa məcbur qalmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət