Paytaxtda narkotik aludəçisi olan taksi sürücüləri saxlanılıb
Yusif Nəzərli
15:01 08.04.2023
Cəmiyyət
630
Ötən gün Bakının Sabunçu rayonunda keçirilən reyd zamanı dörd nəfərin narkotik vasitənin, iki nəfərin isə spirtli içkinin təsiri altında avtomobil idarə etdiyi aşkarlanıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, reyd Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib:
“Reyd zamanı saxlanılan və narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülərin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
Belə ki, “Toyota Prius” markalı 12-BF-907 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mahmudov Hafiz Çingiz oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 329.3-cü və 333.1-ci maddələri ilə, “Toyota Prius” markalı 10-KY-943 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Həmidov Fərid Adəm oğlu barəsində İXM-nin 322.0.2-ci və 333.1-ci maddələri ilə, “AzSamand” markalı 99-XP-197 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mustafayev Kamran Cəfər oğlu barəsində 329.1-ci və 333.1-ci maddələri ilə, “Chevrolet Cruze” markalı 99-XG-882 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Quluzadə Qulu Şamil oğlu barəsində 329.1 və 333.1-ci maddələri ilə protokol tərtib edilib.
Bundan başqa, iki nəfər sürücünün isə sərxoş halda nəqliyyat vasitəsi idarə etdiyi aşkarlanıb. Sərxoş halda avtomobil idarə edən VAZ 21074 markalı 10-MF-345 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əhmədov Xəyyam Vahid oğlu barəsində İXM-in 342.6-cı və 333.1-ci maddələri ilə, eləcə də “Toyota Prius” markalı 90-OY-621 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Səfərli Orxan Söhbət oğlu barəsində İXM-in 329.3 və 343.1-ci maddələri ilə protokol tərtib edilib”.
Qeyd edək ki, belə tədbirlərin paytaxtın bütün rayonlarında keçiriləcəyi bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə