Polislə sürücü arasında mübahisə - VİDEO
Yusif Nəzərli
09:36 23.12.2021
Cəmiyyət
726
Sürücü və yol polisi arasında mübahisəni əks etdirən video yayılıb.
Oxu.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videoda yol polisi sürücüdən avtomobildə konstruksiya dəyişikliyinin olub-olmadığını soruşur.
Sürücü isə DYP əməkdaşına bunun qanunla tənzimlənmədiyini deyərək, yol polisinin tələbinə riayət etmir.
Sosial şəbəkə istifadəçiləri bu məsələdə sürücünün yoxsa yol polisinin haqlı olub-olmamasını müzakirə ediblər.
Məsələnin qanuni tərəfini dəqiqləşdirmək üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli ilə əlaqə saxladıq.
Polis mayoru Oxu.Az-a açıqlamasında bildirib ki, videodan da göründüyü kimi sürücü yol polisi əməkdaşına məsuliyyətdən boyun qaçırmaq məqsədilə lüzumsuz dialoq qurmağa cəhd edir:
“Lakin polis əməkdaşı üslubunu pozmadan işini peşəkar formada görməyə çalışır. Dövlət Yol Polisi əməkdaşı sürücünü saxlayıb və aidiyyəti üzrə avtomobilin saxlanılmasının səbəbini izah edir. Çünki, “Yol Hərəkəti Haqqında” Qanunun 1 saylı əlavəsində avtomobilin nasazlıqlarının siyahısı qeyd olunub. Onun konstruksiyasında məqsədli edilmiş dəyişikliklərin və ya nasazlığın olmasını dəqiqləşdirməlidir. Belə ki, kənardan görünən vəziyyət hər iki halın dəqiqləşdirilməsini tələb edir. Məsələn, avtomobilin yayları istismar müddətini bitirib nasaz halda ola bilər və ya burada məqsədli müdaxilə də ola bilər. Hər iki hal ayrı-ayrı inzibati xəta tərkibi yaradır. DYP əməkdaşı da ona verilən səlahiyyət çərçivəsində normal qaydada sürücünü saxlayıb avtomobilə baxış keçirərək avtomobilin konstruksiyalarına hər hansı dəyişikliklərin edilib-edilmədiyini yoxlamalıdır ki, ədalətli qərar versin. Sürücü bu zaman avtomobildən düşməli və DYP əməkdaşına köməklik göstərməlidir. Ola bilər ki, avtomobilin arxasında hər hansı yük olsun bu da məsələyə ayrı yanaşma tələb edir. Bu baxımdan sürücünün iştirakı ilə avtomobilə DYP əməkdaşı tərəfindən baxışın keçirilməsi qanuni tələbdir. Görünən isə budur ki, sürücü əsassız mübahisə yaratmağa çalışır, bu da təbii ki, məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilir. DYP heç bir halda sürücünü əsassız yerə saxlamır buna onun nə vaxtı, nə də imkanı var”.
A.Əsgərli onu da əlavə edib ki, avtomobillərin yaylarının qızdırılması və ya kəsilməsi halı aşkarlanarsa, sürücüyə 150 manat cərimə tətbiq edilməklə, nasazlığın aradan qaldırılması tələb edilir:
“Əgər bu kimi hallarda texniki nasazlıqlar şəxsin iradəsindən asılı olmadan baş veribsə, sürücünün vaxtında bu məqamlara düzgün müdaxilə etməməsi kimi qiymətləndirilir. Yəni “Yol Hərəkəti Haqqında” Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, sürücü bu halda 50 manat məbləğində cərimə olunur. Nəqliyyat vasitəsini istehsalçı tərəfindən müəyyən edilmiş standartlarda saz vəziyyətdə idarə etmək hər bir sürücünün borcudur. Nasaz avtomobillə törədilən qəza zamanı xəsarət dərəcəsindən və ölüm faktından asılı olaraq sürücü nəinki inzibati, hətta cinayət tərkibli əməldə belə bir mənalı təqsirli hesab edilə bilər.
Bunun üçün də bir daha sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, həyat və sağlamlığımızı məsuliyyətsizliyə qurban verməyin. Bütün hərəkət iştirakçılarını bir daha məsuliyyətli olmağa dəvət edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol