Prezident İlkin Süleymanovla bağlı həbs qərarı verən hakimi işdən çıxardı
Yusif Nəzərli
09:22 01.07.2022
Cəmiyyət
479
Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
"Sherg.az" "Qafqazinfo”ya istinadən xəbər verir ki, sərəncama əsasən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilən hakimlərdən biri olan Nofəl Mustafayev 2020-ci ilin yanvarında Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun istintaq müddəti üçün tutulması ilə bağlı qərar verib.
Belə ki, Nofəl Mustafayev 2019-cu il noyabrın 21-də Tovuzun Dondar Quşçu kəndində nənəsi və əmisinin evindən naməlum şəkildə itkin düşən 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən İlkin Süleymanovun həbsdə saxlanılmasına haqqında bir neçə dəfə qərar verib.
Qeyd edək ki, Mustafayev Nofəl Qara oğlu 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1998-ci ildə Goranboy Rayon Polis Şöbəsində İstintaq Bölməsində müstəntiq, 1998-2001-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində müstəntiq, 2001-2004-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində təhqiqatçı vəzifələrində çalışıb.
Nofəl Mustafayev 2004-2005-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində təhqiqatçı, 2005-2010-cu illərdə Gəncə Şəhər Polis İdarəsinin Təhqiqat şöbəsində baş təhqiqatçı, Təşkilati inspektor bölməsinin rəisi, 2010-cu ildən indiyə qədər Tovuz Rayon Məhkəməsinin hakimi vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm