Psixoloqdan kəskin tənqid: “Universitetlərin psixologiya fakültələrində...” – Boşluq çoxdur !
Banuçiçək Kalbalıyeva
10:03 09.09.2020
Cəmiyyət
976
“...Ancaq nəzəriyyə ilə kifayətlənilir, təcrübi biliklər nəzərə alınmır, laboratoriyalar da yoxdur”
“Nəinki tələbələr təcrübəyə aparılmır, heç konkret ssenari üzrə praktik məşğələlər də hazırlanmır”
“Bu isə yetişməkdə olan psixoloqların qeyri-verbal ünsiyyəti arzuolunan səviyyədə mənimsəməmələri ilə nəticələnir”
Peşəkar psixoloqlara həsəd aparmamaq olmur. Çünki ən adi hərəkətdən, kiçik bir detaldan insanın ruh halını müəyyənləşdirə, konkret anda hansı hissləri keçirdiyini aydınlaşdırmağı bacarırlar. Buna “ağıl oxumaq” da deyə bilərik. Elə isə ali məktəblərin psixologiya fakültələrində niyə bu istiqamət tədris olunmur? Dörd il ərzində nə qədər Ziqmund Freydin adını əzbərləmək olar?! Madam, universitetlər peşəkar kadrlar hazırlayırsa, onda niyə ixtisas tam öyrədilmir? Lazımi qədər müəllim potensialı yoxdur, ya sadəcə məsləhət belədir? Bəlkə, “ağıl oxumağın” ali təhsilin sonrakı pillələrində tədrisi daha yaxşıdır?
Bu barədə “Sherg.az”a danışan psixoloq Sənubər Nəzərova bildirib ki, haqqında danışdığımız məqam ünsiyyət psixologiyası ilə bağlıdır:
“Ali məktəblərin psixologiya fakültələrində “Ünsiyyət psixologiyası” deyilən seçmə fənn var. Burada verbal və qeyri-verbal ünsiyyət öyrədilir. Qeyri-verbal ünsiyyət məhz sizin dediyiniz jest, mimika, əl-qol davranışları, kiçik və böyük motarika hərəkətləridir. İnsanın həyəcan anında nəzərlərini yayındırması, əlinin altında olanı didməsi və s. kimi davranışların hansı mənaya gəlməsi bu fənn çərçivəsində öyrədilir.
Qeyd edim ki, ayrı-ayrı fərdlərin bədən dili fərqlidir. Məsələn autizmli uşaqlar harasa gedərkən mütləq kiminsə əlindən tuturlar, nevrozlar dırnaqlarını “yeyir”, normal insanlar baxışlarını qaçırırlar. Dərsə hazır olan şagird adətən dayanmadan saçı ilə oynayır. Psixoloq sadaladığım məqamlara bələd olmalıdır. Yalnız nəzəriyyə ilə bunları bilmək isə qeyri-mümkündür”.
S.Nəzərovanın sözlərinə görə, universitetlərin psixologiya fakültələrində ancaq nəzəriyyə ilə kifayətlənilir, təcrübi biliklər nəzərə alınmır:
“Praktika olmadan yaxşı psixoloq kimi fəaliyyət göstərmək çox çətindir. Məsələn nəzəriyyədə yazılır ki, qəza hadisəsi görən insan həyəcanlanır. Lakin ola bilər ki, həmin adam adrenalini sevsin və ya onda özgüvən hiss yüksək olsun, qorxu filmlərini çox izlədiyinə görə belə səhnələrə öyrəşsin. Əlbəttə, belədə qəza hadisəsi ona təsir etmir.
Oxşar istisnaları ancaq praktikada öyrənmək olur. Təcrübəni sadəcə IV kursun son semestrində yada salmaq lazım deyil. Çünki fərqli semestrlərdə “Uşaq psixologiyası”, “Psixoterapiya”, “Klinik psixologiya” kimi fənnlər tədris olunur. Sonuncu semestrə çatanda isə vaxtı ilə öyrədilən nəzəri biliklər unudulur.
Ona görə tələbələrə öyrədilənlər onlara həm də praktik şəkildə başa salınmalıdır. Təəssüflər olsun ki, universitetlərin psixologiya fakültələrində laboratoriyalar yoxdur. Nəinki tələbələr təcrübəyə aparılmır, müəllimin rəhbərliyi ilə konkret ssenari üzrə praktik məşğələlər də hazırlanmır.
Bu isə yetişməkdə olan psixoloqların qeyri-verbal ünsiyyəti arzuolunan səviyyədə mənimsəməmələri ilə nəticələnir. Çünki psixologiya elmində, xüsusilə, “Bədən dili”ndə təcrübəsiz keçinmək qeyri-mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət