Qanunsuz qaz cihazları təhlükə mənbəyidir
Yusif Nəzərli
23:28 19.12.2022
Cəmiyyət
645
Mütləq şəkildə mənzillərdə və obyektlərdə qaz detektoru olmalıdır
Dəm qazından daha üç nəfər zəhərlənib. Gəncədə 2005-ci il təvəllüdlü Gülçin Ramazanova və həmyaşıdı İnarə Qasımlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi qiymətləndirilir. Məlumata görə, yeniyetmə qızlar yaşadıqları evdə dəm qazından zəhərləniblər. Digər zəhərlənmə faktı isə Goranboyda qeydə alınıb. 2004-cü il təvəllüdlü Xədicə Mustafayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin kafi olduğu bildirilir. 18 yaşlı Xədicə də yaşadığı evdə dəm qazından zəhərlənib.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlının sözlərinə görə, son illərdə aparılan maarifləndirmə və təhlükəsizlik qaydalarına riayət edilməsi nəticəsində illik statistikada azalma olsa da, belə hallar aradan qalxmır. Ona görə də insanlar diqqətli olmalı, evdə qaz cihazları və borularının normal vəziyyətdə olmasına və hava çıxışlarının təmiz olmasına fikir verməlidirlər: “Bəzi hallarda suqızdırıcı qaz cihazlarının qapalı hamamda qoyulması və hamam otağının hava çıxışları olmadığından karbon-monoksiddən boğulma baş verir. Bu qazın iy-qoxusu olmadığından hiss etmək mümkün olmur. Evlərdə quraşdırılmış qaz avadanlıqlarından düzgün istifadə olunmadığı müddətcə bu vəziyyət davam edəcək. Üstəlik, bu avadanlıqların quraşdırılması mütəxəssislər tərəfindən deyil, həvəskar ustalar və ya ev sahibi tərəfindən həyata keçirilirsə, təhlükə ikiqat artır.
Qazsızmalar da böyük faciələrə yol aça bilir. Mütləq şəkildə mənzillərdə və obyektlərdə qaz detektoru olmalıdır. Hazırda bu cihazlar ucuz qiymətə hər yerdə satılır. Qaz təchizatçısının üzərinə düşən öhdəlikləri də qeyd etməliyik. İndiyədək qaz işçilərinin mənzilə daxil olması qadağan idi, onlar yalnız sayğaca qədər baxa bilərdilər.
Bu ildən etibarən qaz istismar idarələri əməkdaşlarına mənzillərdə qaz təhlükəsizliyini yoxlamaq səlahiyyəti verilib. "Azəriqaz"ın yerli idarələri öz ərazilərindəki bütün evlərdə, obyektlərdə mütəmadi baxış keçirməli, abonentlərin qaz təhlükəsizliyinə necə riayət etdiklərini yoxlamalıdırlar. Əlbəttə, bunu tez-tez etmək texniki cəhətdən və vaxt baxımından mümkün olmaz, amma uyğun bir müddət müəyyənləşdirilib ardıcıl olaraq həmin müddətdən bir bu yoxlamalar aparılmalıdır. Qaz təhlükəsizliyini kobud pozan, qaz sistemində özbaşına yolverilməz dəyişikliklər edənlər müvafiq qaydada cəzalandırılmalıdır. Bundan başqa maarifləndirmə tədbirləri artırılmalıdır”.
E.Bayramlı deyib ki, normal işləməyən, standartlara cavab verməyən qaz cihazları təhlükə mənbəyidir. Karbon-monoksid qazın natamam yanması nəticəsində əmələ gəlir:
“Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsilə xaric olunur. Qarşıdan qış gəlir və qaz cihazlarına düşən yük artacaq və təbii olaraq təhlükə də artacaq. Ona görə də abonentlər qaz sisteminin yoxlanmasını təmin etməli, qazdan istifadə zamanı müvafiq təhlükəsizlik qaydalarına riayət etməlidirlər ki, faciə baş verməsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya