
"Qara bayram": Səməni ölüyə bir şey verə bilməz -RƏY
Yusif Nəzərli
12:41 12.03.2024
Cəmiyyət
1481
Hər il Novruz bayramı öncəsi dünyasını dəyişmiş insanların yaxınları “qara bayram” adlı mərasim keçirirlər. Bu bayram zamanı dünyasını dəyişənlərin qəbirləri ziyarət edilir, məzarları üzərinə şirniyyat, səməni qoyurlar. Bəs “qara bayram” nədir, yaranma tarixi, məişətimizə gəlişi nə vaxt baş verib? Bu bayramın İslama aidiyyatı varmı?
Nə İslam dinində, nə də adət- ənənəmizdə matəm gününün olmadığını deyən ilahiyyatçı Tural İrfan “Sherg.az”a söyləyib ki, Novruzdan əvvəlki 4 çərşənbənin biri torpaq çərşənbəsi olduğu üçün insanlar ölüləri ziyarət edirlər:
"Bunu da "Qara bayram" adlandırırlar. Qara da bayram olar? Bu, xurafat və cəfəng bir adətdir. Qədimdən bəri odpərəstlər, məcusilər ölülərini bu dörd ünsürdən birinə ziyarət ediblər. Ölülərin məzarı üstünə səməni, şirniyyat, qoz - fınqıd aparıb tökürlər. Bu adət odpərəstlərin ənənəsidir, İraqdakı Yezidilər, bir də İrandakı məcusilər hələ də bu cür edirlər. Bizə də İslamdan əvvəl keçib, ancaq bu adət bütün bölgələrimizdə qeyd olunmur. Məsələn, Şimal zonasında yoxdur. İrana yaxın olduğu üçün Cənuba da onlardan keçib. Ölülərin məzarı üzərinə yemək qoymaq buddizmdə, bütpərəstlikdə var. Qədim zamanda bütlərin önünə yemək qoyar və inanarmışlar ki, guya onlar bu yeməyin dadına baxır. Süfrədə, ölmüş adamların adına da xörək çəkərmişlər, sanki onların ruhları gəlib o yeməyi dadırmış. Yəni, bu inanclar qədimdə olub, indi də Mesapatomiya coğrafiyasında bəzi xalqlarda qalır. İslamla heç bir əlaqəsi yoxdur. İslam məzar üstünə yemək qoymağı yox, kasıblara, aclara qonaq etməyi tövsiyyə edir.Məzar üstündə meyvə və qida məhsulları o halda qoymaq olar ki, oradan çobanlar, yolçular, dərvişlər keçir və rastlaşdıqları təqdirdə məzar üstündəki qidalardan istifadə edib mərhuma dua etsinlər, rəhmət oxusunlar. Yaxud çöl quşları yeyib alqış etsinlər ".

T. İrfan vurğulayıb ki, ölüləri ziyarət etmək yalnız "ölü çərşənbəsi" ndə yox, bütün zamanlarda ibrətamizdir:
"Peyğəmbərin hədislərində tövsiyyə olunur ki, ölüləri ziyarət edin, çünki onlar sizə axirəti xatırladır. Ramazan və Qurban bayramları ərəfəsində ziyarət etmək daha savabdır. Ancaq onların qəbirləri üstünə Novruz ərəfəsində xurafi əməlləri çıxmaq şərti ilə baş çəkmək olar. Biz müsəlmanıq, gərək fars - atəşpərəst adətlərinə yox, türk - İslam adətlərinə əməl edək. Günümüzdə hansı türk, İslam ölkəsində qəbrin üstünə aş qoyur, qoz - fındıq tökürlər? Təbii ki, bunlar günah işlərdir. Çünki dinimizin mahiyyətini zədələyir və yeni adətlər əlavə edilir. Birinin imkanı var edir, birinin isə yoxdur. Bu vəziyyət ayrı-ayrı fərdlər arasında fərq yaradır. Ölü üçün ancaq dua və Quran oxuyaraq savabını ona hədiyyə etmək, ehsan vermək olar. Səməni ölüyə bir şey verə bilməz. O zaman verər ki, səmənini və qəbrin üstünə tökülən meyvə, ərzağı kasıba, məzluma, miskinə verəsən, onlar da rəhmət oxusun ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət