Qarabağ qazisinə yardım əli uzandı:"Sağalması üçün...”
Banuçiçək Kalbalıyeva
12:34 01.09.2020
Cəmiyyət
1099
Asəf Əliyev:“Veteran döyüşçünün sağlamlığı üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq”
“Müraciət etsə, onu yoxlatdırar, vəziyyətin nə yerdə olduğunu öyrənər və sağlamlığına qovuşmasından ötrü əlimizdən gələni edərik”
Qarabağ qazisi Bəybala Quliyevin vəziyyəti ağırdır. 1992-1997-ci illərdə Ağdam torpaqları uğrunda vuruşaraq sağlamlığını itirən qazi leykoz xəstəsidir.
O, ilik çatışmazlığından əziyyət çəkir. Bəybala Quliyevə ilik köçürülməsindən ötrü 68 min dollar lazımdır. Qazi bu barədə ictimaiyyətə müraciət edib.
Onun Allahın, dövlətin və imkanlı adamların köməyinə ehtiyacı var.
Bəybala Quliyevin ağır durumu barədə “Sherg.az”a münasibət bildirən “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev vurğulayıb ki, o, veteran döyüşçünün sağlamlığı üçün bütün imkanlarını səfərbər etməyə hazırdır:
“Biz ictimai birliyə müraciət edən bütün qazilərin, veteranların, hətta onların ailə üzvlərinin dövlət xəstəxanalarında pulsuz müalicəsini təşkil edirik. Bu, Qarabağ Əlillər Cəmiyyətinin dövründən formalaşan bir ənənədir. Hətta bir vaxtlar prezidentin fərmanı ilə müalicəsi ölkədə mümkün olmayan döyüşçülərin xaricə göndərilməsinə pul ayırılırdı. Düzdür, sonradan bu məsələ ləğv edildi.
Amma biz yenə də heç birinə fərq qoymadan bütün qazilərə yardım göstəririk.
Hər gün 1-2 veteran müalicə məqsədilə ictimai birliyə müraciət edir və onların problemləri ilə müavinimiz maraqlanır. Bəybala bəy vəziyyəti ilə bağlı bizə heç nə deməyib.
Əgər müraciət etsə, onu yoxlatdırar, vəziyyətin nə yerdə olduğunu öyrənər və sağlamlığına qovuşmasından ötü əlimizdən gələni edərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Portuqaliya Amerikadan F-35 qırıcıları ala bilər
19:48 08.10.2026
Dünya
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət