Qazanan qadınlardır: Almaniya, İtaliya, Rumıniya, Sinqapur sıraya düzülüb
10:18 25.04.2021
Cəmiyyət
830
Koronaviruslu günlərdə orqanizmi gücləndirmək üçün vitamin axtarırıq. Bahalı dərmanlar, “sistem”lər. Gözümüzün önündə - ayaqlarımızn altında necə bir xəzinə olduğunu fərq etmirik. Halbuki Türkiyənin Əskişəhər Sarıcaqaya əyalətində 200-250 ton quşqonmaz – bildiyimiz qulançar yetişdirilir, həm də qadınlar tərəfindən. Avropa ixracatçıları qulançar üçün sıraya düzülüb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Sarıcaqayanın qadınları əlbir olub 300 hektar ərazidə quşqonmaz yetişdirir. Məhsulun toplanması yenə də qadınlardan ibarət qrup tərəfindən icra olunur. Sonra da alıcılar vasitəsilə ölkə içi və ölkə xaricindəki bazarlara daşınır. Sakarya çayının yanından keçdiyi Sarıcaqaya mikro-iqlim xüsusiyyətinə görə bir çox məhsul çeşidinin bol miqdarda yetişdirilməsinə imkan verir. Quşqonmaz üçün əvvəlcə torpağı hazırlayırlar, 3 il torpaqda qalan quşqonmaz daha sonra uzun illər məhsul verir. Bölgədə il ərzində 200-250 ton quşqonmaz yetişdirilir. Aprel ayında məhsul yığımına başlanır. Quşqonmaz yetişdirən şirkətin əkin məsələləri üzrə məsul şəxs Gökhan Karatəpə “AA”ya bildirib ki, Sarıcaqayada 2011-ci ildən quşqonmaz yetişdirilir. Məhsulun böyük hissəsi daxili bazara çıxarılır, 100-də 30 hissəsi isə ixrac edilir. Rumıniya, Almaniya, İtaliya, Sinqapur quşqonmaz ixrac etdiyimiz ölkələrdir. Karatəpə məhsul yığımının 3 ay davam edəcəyini deyib. Qadınların da bu işin öhdəsindən bacarıqla gəldiyini vurğulayıb: “Yığım komandamız qadınlardan ibarətdir. Hətta əlverişsiz hava şəraitində də məhsul yığımını davam etdirirlər. Məhsulun tarladan toplanması çox diqqət tələb edən işdir. Yetişmiş quşqonmazı gərək elə toplayasan ki, ətrafındakı köklər zərər görməsin”.
Quşqonmaz üçün Şanlıurfadan Sarıcaqayaya gələn Həvva Dağ bəzən yağışlı havada da məhsul topladıqlarını deyib:
“Yığım zamanı hər bir quşqonmazın boyunu ölçüb kəsirik. Yanında, hələ tam yetişməmiş bitkiyə zərəz gəlməsin deyə, diqqətli olmalıyıq. Bununla belə quşqonmaz toplanması zövq verən işdir”.
Qeyd edək ki, pediatr Vaqif Qarayev də quşqonmaz – qulançarın bol faydalrı haqda bu gün sosial şəbəkədə paylaşım edib:
“Qulançar... Azərbaycanın müxtəlif bölgələrində müxtəlif cür adlandırılır. Vitaminlər və minerallarla zəngin tərəvəzdi. İndi mövsümüdü, uşaqlar üçün çox faydalıdır, isrifadə edin”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq