QHT-lərdən beynəlxalq ictimaiyyətə müraciət: Əsgərlərimizin işgəncəyə məruz qalması...
Yusif Nəzərli
08:23 14.04.2023
Cəmiyyət
467
Azərbaycan QHT-ləri iki Azərbaycan əsgərinin saxlanması və onlarla qeyri-insani rəftarla bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər.
Müraciətdə deyilir:
“Azərbaycanın QHT icması Azərbaycan və Ermənistan arasında sülhün və sabitliyin bərqərar olması istiqamətində işlər görülməsini səbirsizliklə gözləyirdi. Azərbaycana qarşı illərlə davam edən təcavüzlərə baxmayaraq, biz barışığa sadiq qalmışıq və qalırıq. Lakin Ermənistanın davamlı təxribatları yekun sülh sazişinin imzalanmasını pozduğu üçün iki ölkə arasında sülh məsələsi hələ də həllini tapmır. Ermənilərin hələ də davam edən mina terroru, demək olar ki, hər həftə günahsız Azərbaycan vətəndaşlarının həyatına son qoyur. Sərhəd ərazilərində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı kobud şəkildə pozan çoxsaylı təxribatlar da bu həssas sülhü təhlükə altında saxlayır.
Bu gün biz Azərbaycan və Ermənistan arasında uzaqlaşmanı daha da dərinləşdirə biləcək daha bir qorxulu məsələyə görə öz səsimizi qaldırırıq. Bu həftənin əvvəlində iki Azərbaycan əsgəri pis hava şəraitində itkin düşüb və Ermənistan hakimiyyəti bu əsgərlərin onların nəzarətində olduğunu təsdiqləyib.
Lakin sonra erməni mətbuatında bu əsgərlərin işgəncəyə məruz qalması ilə bağlı görüntülər ortaya çıxdı. Onların döyülməsinə və alçaldılmasına dair təkzibolunmaz sübutlar var. Ermənistan hakimiyyəti nəinki Cenevrə Konvensiyalarını açıq-aşkar pozur, hətta hazırda sosial şəbəkələrdə yayılan müvafiq kadrlarla və həmin əsgərlərlə tamamilə biabırçı şəkildə rəftarları ilə qürur duyurlar.
Biz müvafiq beynəlxalq təşkilatları və ədalət keşiyində duran qurumları insan hüquqlarına və beynəlxalq humanitar hüquqa bu qeyri-bərabər hörmətsizlik qarşısında səssiz qalmamağa, bu məsələ başda olmaqla, növbəti faciələrin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq. Həmçinin qeyd edək ki, oxşar hallarda erməni hərbçilər səhvən Azərbaycan ərazilərinə daxil olduqda onlar tez və zərərsiz şəkildə geri qaytarılıblar.
Biz sizdən hər iki Azərbaycan vətəndaşının sağ-salamat Vətənə qayıtmasına köməklik göstərməyinizi xahiş edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region