Qızların təhsilinə dəstək vermək üçün ayrılan təqaüdün həcmi AÇIQLANDI
08:04 12.07.2024
Cəmiyyət
385
"Qızların təhsilinə dəstək proqramı" çərçivəsində təqaüdlər ayrılıb".
"Sherg.az" xəbər verir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində fondun İdarə Heyətinin sədri Elnur Nəsibov məlumat verib.
O bildirib ki, proqram Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və fondun birgə əməkdaşlığı ilə keçirilib:
"İlkin mərhələdə seçilmiş 25 nəfər təqaüdçünün sırasına daha sonra 55 nəfər qız da əlavə edilib. Beləliklə 2023-cü il müddətində ümumilikdə 80 tələbə qız təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüdlə təmin olunublar. "Qızların təhsilinə dəstək" proqramı çərçivəsində bu günə qədər 210 tələbə qıza təqaüd verilməsi ilə yanaşı, onların təcrübə keçməsi təmin edilib".
E.Nəsibov onu da vurğulayıb ki, "4Sİ Akademiyası" layihəsi çərçivəsində müraciət edən 10 mindən çox şəxsə bir il ərzində ABŞ-nin qabaqcıl təhsil platforması olan "Coursera" üzərindən dünyanın nüfuzlu universitetlərinin, şirkətlərinin təqdim etdiyi ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700-dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü verilib:
"Layihə nəticəsində 8000 nəfər iştirakçı olub. 800-ə yaxın kursa ödənişsiz girişə nail olunub. 2700-ə yaxın tamamlanmış kurs və əldə olunmuş sertifikatlar mövcuddur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual