Quba və Qusarda qaz təchizatının bərpası üçün işlər davam etdirilir
11:07 11.12.2022
Cəmiyyət
433
Ötən gün axşam saatlarından hava şəraitinin kəskin soyuması səbəbindən Quba və Qusar rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatında yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bu barədə APA-nın şimal bürosuna Xaçmaz Regional Qaz İdarəsinin baş mühəndisi Gülyar Hüseynov məlumat verib.
Onun sözlərinə görə, soyuq hava şəraitində qaz xətlərində yaranan problemlərin aradan qaldırılması üçün Qəza-bərpa xidmətinin əməkdaşları problem olan ərazilərə cəlb olunub. Baş mühəndis deyib ki, abonentlərin qazla təminatı istiqamətində işlər sürətlə davam etdirilir.
Qaz təchizatında yaranan fasilələr vətəndaşlar üçün əlavə problemlər yaradıb. Qusar rayon sakini Nadir Sevzixanov deyir ki, onlar həmişə fasiləsiz qazla təmin olunublar. Ötən gündən başlayaraq yaranan fasilələr onlar üçün əlavə çətinliklər yaradıb. “Dünən axşam saatlarından qaz azalıb və bu gün səhər saatlarından tamamilə kəsilib. Evdə azyaşlı xəstə uşaqlar var, çox çətinlik çəkirik. Bizdə yaxın yerdə meşə də yoxdur”.
Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq Respublika ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb.
“Azəriqaz” İB-dən APA-ya verilən məlumata görə, SOCAR "Azəriqaz" İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları bu rayonlara ezam olunub.
“Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5000 abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır”, - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət