Sabiq icra başçısına qarşı üç milyon manatlıq mülki iddia qaldırıldı
Yusif Nəzərli
14:37 01.07.2022
Cəmiyyət
450
Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən iclasda Namiq Zeynalovun vəkilləri müdafiə çıxışı edib.
Müdafiəçilər çıxışlarında dövlət ittihamçısının tələblərinə etiraz edərək, məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər. İş üzrə zərərçəkmiş qismində tanınmış Cəlilabad rayon İcra Hakimiyyəti dəymiş ziyana görə üç milyon manat, DOST İş Mərkəzi isə 50 min manatlıq mülki iddia qaldırıb.
Müdafiə tərəfi zərərçəkmiş qurumların tələblərinin əsassız olduğunu deyib.
İttiham olunan sabiq icra başçısı son söz üçün məhkəmədən vaxt istəyib.
Proses iyulun 4-nə kimi təxirə salınıb.
Qeyd edək ki, prokuror Namiq Zeynalovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Namiq Zeynalov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region