Şahdağa qar, Şəkiyə dolu yağıb
08:33 04.03.2022
Cəmiyyət
585
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, martın 4-ü saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağıntılı olub, Qrız, Xınalıq, Daşkəsən, Gədəbəy, Şahdağ, Sarıbaş (Qax), Ləzədə qar yağıb, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərdə qısamüddətli yağış yağıb.
Yağıntının miqdarı Kürmükçay İlisuda (Qax) 3.0 mm, Əyriçay Başdaşağılda (Oğuz) 23.0 mm, Şinçay (Şəki), Ləzədə (Qusar) 15.0 mm, Şahdağda 14.0 mm, Zaqatalada 13.0 mm, Xınalıqda 10.0 mm, Kişçayda (Şəki) 9.0 mm, Balakən, Oğuz, Şəkidə 8.0 mm, Sarıbaşda (Qax) 7.0 mm, Ağdərə (Ordubad), Şahbuzda 5.0 mm, Tovuzda 4.0 mm, Sədərək, Daşkəsəndə 3.0 mm, Qrız, Qəbələdə 2.0 mm, Naxçıvan, Şərur, Göygöl, Gəncə, Şəmkir, İsmayıllı, Mingəçevir, Şirvan, Qobustan, Quba, Qusar, Xaltan, Acınohur, Bərdə, Göyçay, Salyan, Lerik, Maştağada 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 38 sm, Qrızda 8 sm olub.
Qərb küləyi arabir Naftalan, Daşkəsəndə 32 m/s, Mingəçevirdə 25 m/s, Balakən, Gəncədə 24 m/s, Lerikdə 23 m/s, Kəlvəzdə 22 m/s, Altıağacda 21 m/s, Şəmkir, Ağstafa, Tərtər, Bərdə, Ceyrançöl, Şahbuzda 20 m/s, Xaltanda 19 m/s, Gədəbəy, Göyçay, Astara, Şəkidə 18 m/s, Sabirabad, Qrız, Biləsuvar, Salyan, Naxçıvanda 16 m/s, Qubada 15 m/s, Bakıda və Abşeron yarımadasında: Qumyataq, Sumqayıtda 19 m/s, Bakıda 18 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 1.9 metrə çatıb.
Martın 3-ü saat 04:25-04:35 radələrində Kişçayda (Şəki) diametri 13 mm olan dolu düşüb.
Sumqayıt, Binə, Pirallahı, Çilov adası, Neft Daşları, Naftalan, Göygöl, Balakən, Şamaxı, Şəmkir, Şəki, Quba, Qobustan, Qusar, Yevlax, Göyçay, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Ağsu, Zərdab, Beyləqan, Sarıbaşda (Qax) müşahidə olunub, görünüş 50-500 metrədək məhdudlaşıb.
Martın 03-də Bakıda iqlim normasından 6.4° yuxarı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8°-dək isti, Naxçıvan MR-da 5-9° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 7-10° isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti martın 5-dək davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət