Sərt reaksiya:“Molla” obrazına girən qatillər...”
Fidan Həmişəyeva
15:24 03.05.2021
Cəmiyyət
1154
“Lerikdəki “mollanı” cinayət məsuliyyətinə cəlb etmək lazımdır”
“Onun cəzası cəhhənnəmdir”
Ötənlərdə Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində üzərində xəsarət izləri olan meyiti tapılıb. Kənd sakinlərinin verdiyi məlumata görə, qətli törədən şəxsin kimliyi məlum olub.
Dəhşətli cinayəti həmin kənddə yaşayan və mərhum Z. Fərziyevanın qonşusu, Lerikin tanınmış din xadimlərindən biri Murad Əsgərov adlı şəxs törədib.
Məlumatda bildirilib ki, molla Murad Əsgərov qonşuluqda yaşayan Z.Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə mənzilə girib və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb.
3 uşaq anası olan Z.Fərziyeva qışqıraraq "evə oğru girib!" deyə qonşularını çağırıb. Qadının qışqırdığını görən M.Əsgərov cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazını kəsərək, onu amansızlıqla qətlə yetirib.
Qadını öldürən molla haqqında Qafqaz Müsəlmanları İdarəsindən açıqlama verilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, Aprelin 28-də axşam saatlarında Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanı yaşadığı evdə qətlə yetirən Murad Əsgərov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi din xadimi deyil.
Baş verənlərin olduqca təəssüf doğurduğunu söyləyən ilahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a bildirib ki, son dövrlər Azərbaycanda belə hadisələr çox yaşanır.
İlahiyyatçı qeyd edib ki, öncə hadisəni din və dindarlıqla, molla və mollalıqla deyil, insanlıqdan kənar olan hərəkət kimi dəyərləndirmək lazımdır:
“Kim olursa olsun, belə qəddarlığa yol verilməməlidir. Son zamanlar ölkəmizdə müxtəlif faktlar və hadisələrlə rastlaşırıq. Buna səbəb insanlarda mərhəmətsizlik və insani keyfiyyətlərin itməsidir. Din pərdəsi ilə “molla” obrazına girən, dini dəyərlərimizdən xəbəri olmayan, ancaq qəbir daşlarının yanında qalan bəzi “insanlar” “mollalığı” özlərinə qazanc yolu seçiblər. Tövsiyəmiz odur ki, dini cameəyə nəzarət edən qurumlar diqqətli olsun. Əlbəttə, belə hallar dini qurumların diqqətindən yayınmır. İstər Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, istərsə də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tövsiyələrini yalnız dini bilikli mütəxəsislər və peşəkarlar həyata keçirirlər”.
A.İsmayılovun sözlərinə görə, təəssüf ki, bəzən dini biliyi olmayan şəxslər rayonlarda və bölgələrdə “fəaliyyət göstərirlər”:
“Onlara nəzarət etmək mümkün deyil. Belə bir deyim var:
“Meşə çaqqalsız olmaz”. Lerikdəki “mollanı” cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bu insan din adı altında “mollalıq” edirsə, müvafiq qaydada cərimələnməlidir. Allah “Quran-i Kərim”də belə bir ifadə işlədib:
“Hər kim bir insanı bilərəkdən, heç bir səbəbi olmadan öldürərsə, elə bil ki, bütün insanları öldürüb. Onun cəzası cəhhənnəmdir”. Kimisə öldürən şəxs həm Allah, həm də dövlət və hüquq qarşısında cinayətə məhkum olunmalıdır. Baş verənlərin bütövlükdə dinə heç bir aidiyyəti yoxdur. Əslində dindən kənar olan insanlar din pərdəsi adı altında iyrənc əməllər edir. Ümid edirəm ki, haqq-ədalət öz yerini tutacaq, kimliyindən asılı olmayaraq belə əməl törədən şəxs məsuliyyətə cəlb olunmalıdır.
Həmin şəxsə ən şiddətli cəza növləri tətbiq edilməlidir ki, başqalarına da ibrət olsun. İnanıram ki, dini sahəyə nəzarət edən qurumlar da öz tədbirlərini görəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm