Şimal rayonlarında bazarlar od tutub yanır - FOTO
Yusif Nəzərli
16:06 17.12.2022
Cəmiyyət
414
Şimal rayonlarında havalar soyuduqdan sonra kənd təsərrüfatı malları satılan bazarlar sözün həqiqi mənasında od tutub yanır. Qarşıdan gələn bayram günləri qiymətləri bir az da tətikləyib.
Qusarda əməkdaşlarımız müşahidə aparan zaman özləri hər məhsulda ən azı 10-15 faiz bahalaşmanın şahidi olublar. Xüsusən bazarlarda yumurtanın qiyməti bahalaşıb.
Bir müddət əvvəl Bizim.Media şimal bazarlarında yumurtanın bir ədədinin 40 qəpiyə olduğu barədə məlumat verib. Hətta yeni ilədək yumurtanın ədədinin 1 manata çatacağı proqnozlaşdırılıb. Bayram gününə isə hələ 2 həftə var.
Bu gün baş çəkdiyimiz Qusarın mərkəzi bazarında yumurtanın yenidən bahalaşdığının şahidi olduq. Bir ədədi 45-50 qəpiyə satılan kənd yumurtalarına alıcılar nəzər salmağa belə çəkinirlər.
Satıcılar isə deyir ki, nə edək, biz kəndlidən məhsulu 40 qəpiyə alırıq:
“Havalar soyuyandan bilirsiniz ki, toyuqlar az yumurta qoyur. Ona görə də keyfiyyətli məhsul əldə etmək çətinləşib. Bu vəziyyət ən azı 2 ay davam edəcək. Orqanik məhsul yemək istəyirsənsə, gərək xərc çəkəsən”.
Ət bazarında isə Qusarda nisbətən durğunluq yaşanır. Artıq bir neçə həftədir kiloqramı 13 manata təklif edilən mal ətinin də elə alıcısı yoxdur. Satıcılar deyirlər ki, yeni ilə ətin qiymətini ucuzlaşdırmağa məcbur olacağıq, çünki heç kim almır.
Digər məhsullarda da bahalıq müşahidə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi