Siqaretin qiymətində artım: Bu ən yaxşı mübarizə üsuludur -AÇIQLAMA
Yusif Sultanoğlu
11:07 11.06.2024
Cəmiyyət
813
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya Tütünsüz Günü və Ətraf Mühit Həftəsi Proqramı” çərçivəsində gənclərlə görüşüb, siqaret asılılığına qarşı mübarizə ilə bağlı mühüm mesajlar verib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bu məsələ ilə bağlı Böyük Britaniyada qüvvəyə minən və 2009-cu ildən sonra doğulanların siqaret və elektron siqaret alışını qadağan edən qanunu nümunə olaraq göstərib. O bildirib ki, lazım gələrsə, Britaniya rəhbərliyi ilə əlaqə saxlaya bilər.
Türkiyədə hər il 85 min insanın siqaretlə bağlı xəstəliklərdən öldüyünü vurğulayan Ərdoğan, buna qarşı yeni tənzimləmənin gələcəyini qeyd edib: “Britaniya modeli”ni dəyərləndiririk”.
Görüşdə, həmçinin 9 yaşlı Nilay Akmanın “Siqaret zavodlarını bağlaya bilərikmi?” sualına Ərdoğan “Bəlkə” deyə cavab verib.
İqtisadçı-ekspert Eyyub Kərimli "Sherg.az"a bildirib ki, hər ölkədə siqaret istifadəsi ilə bağlı müxtəlif mübarizə üsulları var:
“Mübarizə üsullarından biri qiymət siyasətidir. Bu gün ölkə statistikasına baxsaq görərik ki, Azərbaycanda siqaretə tələbat hər il artır. Bu həm də ölkədən valyuta çıxmasına səbəb olur. Çünki tütün məmulatları daha çox digər ölkələrdən ixrac edilir. Ötən ilin statistikasında 200 milyon dollara yaxın vəsait siqaret və tütün məmulatlarına xərclənib. Bununla bağlı hökumətin proqramı var. Hər 6 aydan bir siqaretin aksiz qiyməti artırılır. Ötən il ilə müqayisədə bu gün də siqaret qiymətlərində artım müşahidə edilir. Sözsüz ki, zərərli vərdişlərlə mübarizədə qiymət siyasəti ən əlverişli yoldur. Statistika onu göstərir ki, bu gün həm gənclər, həm də qadınlar siqaret çəkməyə meyillidir. Bu baxımdan düşünürəm ki, tədqiqatlardan bəlli olur ki, baha olmasına baxmayaraq istifadəsi hər zaman davamlı olur. Lakin başqa mübarizə üsulu da yoxdur. Siqaretlərin qiymətlərinin artması müəyyən azalmaya səbəb ola bilir. Ötən il ilə müqayisədə müəyyən azalma müşahidə edilir. Çünki siqaretlərin qiymətində artımlar var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm