Siqnal ! “Ölkəmizi antiterror əməliyyatına məcbur edirlər”
Fidan Həmişəyeva
12:53 26.04.2021
Cəmiyyət
703
“Rusiya istəyir ki, Azərbaycan məcbur olub öz ərazisində antiterror əməliyyatları keçirsin. Lakin bu, bizim hüququmuzdur”
Xəbər verdiyimiz kimi, noyabr ayında imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndinə görə Ermənistanın heç bir silahlı qüvvəsi Qarabağda qalmamalı idi. Qarabağda müddətli hərbi xidmət keçən erməni əsgərlərin valideynləri Ermənistanın hökumət binasının qarşısında yenidən aksiya keçiriblər. Azərbaycanda xidmət edən hərbçilərin valideynləri oğlanlarının erkən tərxis edilməsini tələb edirlər. Bu faktlar bir daha göstərir ki, Ermənistan razılaşmaya əməl etmir, əsgərlərini hələ də Xankəndi və ətraf bölgələrdə saxlamaqda davam edir.
Rusiya sülhməramlılarının təsir zonasında olan erməni silahlıları “arxalı köpək qurd basar” yanaşmasına istinad edərək həyasız davranışlarını davam etdirirlər. Qarabağdakı qondarma rejimin terrorçu nümayəndələri hələ də reallığı qəbul edib, Azərbaycan dövləti içərisində “dövlət” qurmağın mümkünlüyünü anlamaq istəmirlər. Günün birində Azərbaycanın müvafiq qurumlarının antiterror əməliyyatı keçirərək terrorun kökünü qazıyacağı getdikcə daha real görünür.
Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, erməni əsgərlərinin Xankəndidə olması Azərbaycan qanunlarının ciddi şəkildə pozulmasıdır:
“Xankəndi və onun ətrafında, Xocalı və Xocavənd rayonunun bir hissəsi və keçmiş Ağdərə rayonunda qondarma rejimə aid terror dəstələri fəaliyyətlərini davam etdirirlər.
Müharibə bitən gündən üçtərəfli bəyanata əsasən sülhməramlılıq missiyasını öhdəsinə götürən Rusiya dövləti bu işlə ciddi məşğul olmalı və ərazilərimiz bir neçə ay müddətinə terrorçu dəstələrdən təmizlənməlidir.
Təəssüf ki, Rusiya dövlətinə aid olan sülhməramlılar daha çox erməniməramlıdırlar.
Quldur erməni dəstələri ilə bir növ əməkdaşlıq edib onları himayələri altında saxlayırlar. Laçın dəhlizi vasitəsilə onları silah-sursat və ərzaqla təmin edirlər. Rus sülhməramlılar öz missiyalarına aid olmayan hər şeyi edirlər”.
“Belə olan təqdirdə Azərbaycan nə etməlidir?” sualına gəlincə, parlament üzvü bildirib ki, ölkəmizi antiterror əməliyyatına yerinə yetirməyə məcbur edirlər:
“Rusiya istəyir ki, Azərbaycan məcbur olub öz ərazisində antiterror əməliyyatları keçirsin. Lakin bu, bizim hüququmuzdur. Rusiya vaxtaşırı olaraq Şimali Qafqazda antiterror əməliyyatları keçirir ki, “ərazilərimdə qeyri-qanuni birləşmələr var.
Onları tərkisilah etmək üçün tədbir görürəm”. Eyni hüquq bizə də aiddir. Xankəndi Azərbaycan ərazisidir.
Torpaqlarımızı işğaldan azad etmişik. Sadəcə müəyyən bir hissə və Laçın dəhlizi qalıb. Laçın dəhlizi rus sülhməramlıların ixtiyarına verilməyib ki, kim istəsə gəlib-getsin və Azərbaycandan soruşmasınlar.
O zaman rus sülhməramlılar nə üçün lazımdır? Müharibə 5 aydan çoxdur ki, bitib bu müddət ərzində erməni terrorçuları həbs edilməyib və rahat şəkildə fəaliyyət göstərirlər. Onlara rəhbərlik edən qondarma rejimin də bütün sturukturları ruslarla sıx əməkdaşlıq edirlər.
Azərbaycan buna son qoymaq üçün ərazisini antiterror əməliyyatları ilə düşmənin bütün tör-töküntülərindən təmizləməlidir. Başqa yol yoxdur!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə