
Sumqayıtda narazılıq...
Yusif Nəzərli
21:20 27.12.2022
Cəmiyyət
578
Sakinlərin hüquqları daha üstündür
Kompensasiya razı salmırsa, vətəndaş mənzilini tərk etməyə bilər
Sumqayıtın 20 Yanvar küçəsi, 16-cı məhəllə ev 9/28 ünvanında yaşayan beş ailə ərazidə tikinti işləri aparan şirkətlə razılığa gələ bilmir. Bununla bağlı APA TV süjet hazırlayıb. Şirkət sözügedən ünvanda inşa ediləcək yeni binadan mənzil və ya kompensasiya təklif etsə də, şərtlər sakinləri qane etmir.
Sakinlər deyirlər ki, “Ayta LTD” şirkəti onlarla yekun razılığa gəlməsə də, aldığı digər mənzillərin içərisində söküntü işləri aparır. Şirkətdən isə şifahi olaraq bildirilib ki, yaşayış üçün yararsız evlər qanuni şəkildə sökülür.
Qeyd olunub ki, “Ayta LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin istismar müddəti başa çatan, qəzalı vəziyyətdə - yaşayış üçün təhlükəli olan binaların sökülməsinə rəsmi qurumlardan icazəsi var və bütün işlər pilot layihə çərçivəsində aparılır.
Vurğulanıb ki, sözügedən binada 7 sakinlə razılaşma olsa da, orada yaşayan 5 ailə ilə razılığa gələ bilməyiblər. Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev isə bildirib ki, kompensasiya ödənilərkən vurulan zərər və bazar qiymətləri nəzərə alınmalıdır. Hüquqşünas onu da qeyd edib ki, hazırkı vəziyyətdə sakinlərin qaneedici məbləğdə kompensasiya ala bilmək üçün məhkəməyə müraciət etmək hüququ var.

“Əmlak Ekspert Mərkəzi”nin rəhbəri Ramil Osmanlı “Şərq”ə açıqlamasında bildirdi ki, cənab Prezidentin fərmanına uyğun olaraq evləri sökülən, mənzillərindən köçürülən vətəndaşlara 20 faiz əlavə kompensasiya ödənməlidir:
- Təəssüf ki, vətəndaşların çoxu bu fərmandan, orada vətəndaşların hüquqlarının təminatından, Fərmanın məhz vətəndaşların mövqeyini müdafiə etdiyindən xəbərsizdir. Hər kvadrat metrə görə 1000 manat ödənməsi, əmlakın alqı-satqı dəyəridir. Amma harada, hansı ünvanda, neçə kvadrat metrlik yaşayış sahəsində yaşamalarından asılı olmayaraq vətəndaşlara bu tip söküntülər zamanı əlavə olaraq 20 faiz dəyərində kompensasiya ödənilməlidir. Vətəndaş tutalım bunu bilmir, fərmandan xəbərsizdir. İcra Hakimiyyəti ki bilir. İcra hakimiyyətləri Prezidentin imzaladığı Fərmana uyğun olaraq vətəndaşların mövqeyindən çıxış etməli, onun hüquqlarını qorumalıdır. Lakin təəssüf ki, bəzən biz İH-lərinin tikinti şirkətlərinin maraqlarına xidmət etdiyini görürük. Vətəndaşlar yaxşı olar ki, imzalanan Fərmanlardan, sərəncamlardan xəbərdar olsunlar. Hüquqlarını tələb etsinlər.
R.Osmanlı qeyd etdi ki, bəzən mənzillərin uçuq-sökük, istismar müddətini başa vurmuş olması, yerləşdiyi ərazi bəhanə gətirilərək kirayə haqqı və mənzillərin alqı-satqısı aşağı qiymətlərlə aparılır. Bu, düzgün deyil və qanuna ziddir:
- Vətəndaşın harada, necə yaşaması onun öz hüququdur. Lakin hansısa tikinti şirkəti ərazidə söküntü aparıb orada müasir yaşayış binası, yaşayış kompleksi tikir və bundan mənfəət əldə edirsə, vətəndaşın mənfəətini də nəzərə almalı və sakinləri razı salmalıdır. Ümumiyyətlə, hökumətin strategiyası belədir ki, söküntü işləri zamanı nağd ödəməyə deyil, əvəzlənməyə - mənzil əvəzinə mənzil variantına üstünlük verilsin.
Çünki nağd ödənişlər zamanı bir sıra problemlər üzə çıxa bilir. Əvəzlənmə variantında da bəzən uyğunsuzluqlar olur. 3 otaqlı mənzil əvəzinə, yeni binada bir qədər geniş ölçüdə, amma 2 otaqlı mənzil təklif edilir.
Yaxud da tikinti şirkətləri hiyləgərlik edərək satış üçün nəzərdə tutulan mənzillərin ölçüsünü böyük, əvəzlənmə edəcəkləri mənzilləri isə əvvəlcədən layihədə kiçik ölçülü göstərirlər. Nə qədər mənzili əvəzlənmə yoluyla təklif edəcəklərsə, həmin mənzillərin sahəsini kiçik müəyyənləşdirirlər. Tikinti şirkətlərinin mənfəət əldə etməsi nə qədər başadüşülən və qəbul olunandırsa, sakinlərin hüquqları istənilən halda üstündür. Sakinlər tamamilə haqlı olaraq köhnə mənzilini tərk etməyə bilər, nə qədər ki, istədiyi formada ona kompensasiya ödənməyib.
Mənzili tərk etməmək və onu qane edəcək səviyyədə kompensasiya almaq vətəndaşın hüququdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm