Sürücülük imtahanlarını DİM keçirsə effektiv olmayacaq
Yusif Nəzərli
20:34 22.12.2022
Cəmiyyət
1085
İmtahanların hansı qurum tərəfindən keçirilməsi o qədər də əhəmiyyət kəsb etmir
Əsas məsələ, Azərbaycanda sürücülük imtahanı ilə bağlı istifadə olunan nəzəri proqramlar dəyişdirilməlidir
Sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların nəzəri hissəsinin Dövlət İmtahan Mərkəzinə verilməsi ilə bağlı zaman-zaman təkliflər səsləndirilir.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə deyib ki, müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik: "Hesab edirəm ki, biliklərin yoxlanılmasında hansısa formatda prosesə qoşula bilərik. Lakin təbii ki, real sürücülük qabiliyyətini yoxlaya bilmərik. Yeni imtahan mərkəzində bunun üçün imkanımız olacaq. Biz hansısa imtahanı keçirmək üçün heç kimlə danışıq aparmırıq. Hökumət nə sifariş verirsə, onu yerinə yetiririk”.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə “Şərq”ə açıqlamasında deyib ki, sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların Dövlət İmtahan Mərkəzinə verilməsi effektiv olmaz:
“Uzun illərdir Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsində bu imtahanları keçirmək üçün baza formalaşıb, bütün resurslar var. Sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların təşkili üçün DİM-də lazımi resurslar varmı? Ümumiyyətlə, qurum özü bu yükün altına girməyə hazırdımı? Həm də ki, imtahanı DİM keçirsə belə DYP əməkdaşlarının imtahan prosesində iştirakı mütləqdir. İmtahanın qəbulu, vəsiqələrin verilməsi onların səlahiyyətindədir. Belə olan halda sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların nəzəri hissəsinin DİM-ə verilməsi o qədər də doğru bir məsələ deyil. Peşəkar sürücü hazırlayan obyektiv, şəffaf imtahan sistemi və sürücü təhsili olmalıdır. Bir imtahanda iki qurumun təşkilatçılıq etməsi əlavə prosesdir və imtahanların DİM tərəfindən keçirilməsi xüsusi bir dəyişikliyə səbəb olmayacaq. Əsas məsələ imtahanın necə götürülməsidir və bu proses DYP tərəfindən normal qaydada icra olunur”.
Hüquqşünas Ərşad Hüseynov isə hesab edir ki, imtahanların hansı qurum tərəfindən keçirilməsi o qədər də əhəmiyyət kəsb etmir:
“Əsas məsələ imtahanın necə götürülməsidir. Sürücülük və yol qaydaları ilə bağlı dəqiq, müasir proqram olmalıdır. Hazırda Azərbaycanda sürücülük imtahanı ilə bağlı istifadə olunan nəzəri proqramlar 80-ci illərdən mövcud olandır. Əksəriyyət imtahandan birtəhər keçə bilmək üçün proqramı əzbərləməklə məşğuldur. Proqramı dəyişmək lazımdır. 2018-ci ilin dekabr ayında “Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı”nda da qeyd olunub ki, Azərbaycanda sürücü hazırlığı ilə bağlı qanunvericilik təkmilləşdirilsin. Peşəkar sürücü hazırlayan obyektiv, şəffaf imtahan sistemi və sürücü təhsili olmalıdır. İmtahanın hansı dövlət qurumunda keçirilməsinin isə önəmi yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya