“Biz hüquq-mühafizə orqanlarına qarşı aparılan kampaniyanı dövləti zəiflətmək planı sayaraq, onu qətiyyətlə pisləyirik”
"Şüvəlanı "yeni Nardaran"a çevirməyə çalışırlar"
14:35 29.06.2024
Cəmiyyət
656
Zahid Oruc: “Qətlə yetirilən üç polisin üzərindən dövlətimizə qarşı hibrid savaş aparılır”
“Biz hüquq-mühafizə orqanlarına qarşı aparılan kampaniyanı dövləti zəiflətmək planı sayaraq, onu qətiyyətlə pisləyirik”
“Biz hüquq-mühafizə orqanlarına qarşı aparılan kampaniyanı dövləti zəiflətmək planı sayaraq, onu qətiyyətlə pisləyirik”
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin iclasında deyib ki, Zəfərimizdən sonra misilsiz dinc quruculuqda fəal iştirak edən, onu qoruyan Azərbaycan hüquq-mühafizə orqanlarını ləkələmək üçün cinayətkar bir şəxsin Şüvəlanda qətlə yetirdiyi üç polisin üzərindən dövlətimizə qarşı hibrid savaş aparılır. Z.Orucun sözlərinə görə, Vətən müharibəsində Milli Qəhrəman zirvəsinə ucalan, dövlətçiliyin qurulmasında Ulu Öndərin peşəkarlıq və rəşadət məktəbini keçən polis sisteminə qarşı son 3 gündə informasiya terroru daha da intensivləşib: "Halbuki demokratik Qərbdə polis rəftarının qlobal miqyaslı etiraz aksiyalarına səbəb olduğu, aşırı güc tətbiqi etdiyinə dair "Amnest İnternational"ın ayrıca hesabatları hamıya məlumdur. Lakin son hadisə ətrafında səfərbər olunan qüvvələrin açıq şəkildə dövlətimizə verdikləri mesaj on illər ərzində aparılan anti-Azərbaycan siyasətinin davamıdır. İlk növbədə, onlar demək istəyir ki, sərhədlər bağlı olsa da, sabitliyi poza bilərlər". Deputat hadisənin Müsəlman Birliyi Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadənin ad günündə - 23-dən 24-nə keçən gecə, səhər saat 4-də törədilməsini də təsadüf saymayıb: "Bununla özünü “Zəmanəsinin Xomeynisi” sayan şəxsin gec-tez gələcəyinə işarələr edilməsi siyasi təqvimlə işləyən radikal Hüseynçi qüvvələrin, ölkəmizə düşmən olan dairələrin “istənilən anda müdaxilə edərik” mesajı məkrli bir siyasətin aparıldığını göstərir.
Göründüyü kimi, yaddaşımızı təzələyənlər Şüvəlanı "yeni Nardaran"a çevirməyə çalışmaqla bir vaxtlar dini müqavimət məkanına çevirdikləri kəndin yaddaşını oyatdıqlarını, onu yaşatdıqlarını nümayiş etdirirlər”.
Z.Orucun sözlərinə görə, bəzi qüvvələr Bakı kəndləri amilini işə salmaqla, din, namus-qeyrət mental kodunu istismar etməyə cəhd göstərməklə, hakimiyyətə qarşı əllərindən çıxan yerli əhali amilini təzədən dirçəltmək istəyirlər:
"Məhz Şüvəlanın, 1-ci Vitse-prezidentin bir vaxtlar təmsilçisi olduğu rayonun adını hallandırmaq, ləkələməyə çalışmaqla, "PaşaHoldinq"in məsələyə bağlılığı iddiasını irəli sürməklə hansı avantürst planlara əl atıldğı aşkar görünür. Məqsəd Vətən müharibəsindən sonra Prezident və Birinci xanımın yüksələn nüfuzuna kölgə salmaqdır. “Şüvəlan-Gəncə paralellərini” yaratmaq, Gəncə hadisəsini xatırlatmaq, 2018-ci illərdə təxminən eyni vaxtda - 3 iyulda baş verən terror aktını xatırlatmaq, "biz varıq, hər yerdəyik" çağırışları 44 gündə məğlub olan qüvvələrin daxildə cəbhə açmağa fürsət axtardıqlarını göstərir. Onlar dünən Söyüdlü kəndindəydilər, bu gün Şüvələnda, sabah digər ərazilərdə toqquşma ocağı yaradıb ondan yararlanmaq istəyəcəklər. Polislərin qatilinin - Rövşən Allahverdiyevin "Yunis Səfərov” adlandırılması, paralellərin aparılması da deyilənlərə sübutdur. Lakin işğal dövründə olduğundan daha artıq, indi Azərbaycan polisi dövlətin qoruyucusu və qurucusu olaraq qalacaq. Biz hüquq-mühafizə orqanlarına qarşı aparılan kampaniyanı dövləti zəiflətmək planı sayaraq, onu qətiyyətlə pisləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
15:57 18.11.2026
Hadisə
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
15:32 18.11.2026
Hadisə
Sumqayıtda bir nəfər dənizdə batdı - VİDEO
15:20 18.11.2026
Hadisə