Taksi fəaliyyəti ilə bağlı ölkədə xaos yaşanır
Yusif Nəzərli
05:12 18.12.2021
Cəmiyyət
517
"2 dövlət orqanı var ortalıqda, heç biri də vəziyyətə düz-əməlli nəzarət edə bilmirlər"
Son vaxtlar taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin iştirakı ilə baş verən avtoqəzaların sayı sürətlə artmaqdadır. Bu həftənin birinci günü 130 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Taksi sürücülərinin qeyri-formal və sistemsiz fəaliyyətinin yaratdığı sıxlıq və qarışıqlıq nəqliyyatda ciddi problem yaradır.
Mövcud problemi “Şərq”ə şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynli bildirib ki, qanunvericilikdə müəyyən müddəalar var ancaq onları yerinə yetirən yoxdur.
“Çünki nəzarət edən yoxdur. Tutaq ki, Bakıda BNA-dır, ölkənin digər yerlərində də AYNA var. Həmin qurumlar tərəfindən nəzarət, təşkilatlanma yoxdur deyə taksi faəliyyəti ilə bağlı ciddi bir xaos var. Xaosun başqa səbəbi də odur ki, ictimai nəqliyyat bərbad, dağınıq vəziyyətdədir. Elə rayonlarımız var ki, orada marşrut tapılmır. Ona görə də taksi xidmətlərindən istifadə olunur.
Qanunvericilikdə belədir ki, taksi faəliyyəti ilə məşğul olan vergi ödəyicisi olmalıdır, uçota durmalıdır, şəxs hər maşın üçün fərqlənmə nişanı almalıdır. Ondan sonra qanuna uyğun fəaliyyət göstərməlidir. Amma dediyimiz qurumlar heç biri nəzarət edə bilmirlər. Ona görə də bunların heç birinə riayət olunmur. Bu dəqiqə taksi fəaliyyəti ilə məşğul olanların bəlkə də heç 10 faizi fərqlənmə nişanı almırlar. Nəzarət orqanları da bunun alınmasını təmin edə bilmirlər”.
Ekspert taksi fəaliyyətinə nəzarətin zəif olmasını ciddi mexanizmlərin olmaması ilə əlaqələndirib:
“Məsələ burasındadır ki, bu fəaliyyət spesifik bir fəaliyyətdir. Nəzarət etmək üçün daha ciddi mexanizmlər lazımdır. Vahid dövlət siyasəti lazımdır. 2-3 dövlət orqanı var ortalıqda, heç biri də bu işlə düz-əməlli məşğul ola bilmir”.
Sürücülərin narkotik vasitə qəbul etmiş halda taksi fəaliyyəti ilə məşğul olması məsələsindən danışan Ərşad Hüseynli burada da qanunvericiliyin tələblərinin yerinə yetirilmədiyini vurğulayıb:
“Dövlətin tələbi var ki, işə girərkən sağlamlıq arayışı təqdim etməlidir. Bu tələblər qanunvericilikdə var. Bunlara riayət etməli olan şəxslərə də dövlət qurumları nəzarət etməlidir, ancaq edə bilmirlər deyə özbaşınalıqdır”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual