TƏBİB rəsmisi: “COVID-19-a yoluxmada stabillik qalsa da, pandemiya hələ davam edir”
Yusif Nəzərli
09:48 28.10.2022
Cəmiyyət
295
“COVID-19-a yoluxma hallarında stabillik qalsa da, pandemiya hələ davam edir”.
Bu sözləri “Report”a açıqlamasında TƏBİB-in Strateji İnkişaf Departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
TƏBİB rəsmisi bildirib ki, son iki-üç həftədə Azərbaycanda koronavirusa yoluxma hallarında stabillik yenə də qalır:
“Yeni ştamlar meydana çıxır və hər zaman da deyirik ki, viruslar mutasiyalara uğrayır. Bəllidir ki, mutasiyalar da viruslara xas olan xüsusiyyətdir. Odur ki, yeni ştamların ortaya çıxması hər zaman olacaq. Mutasiyaların insanların səhhətinə, xəstəliyin klinik gedişatına necə təsir göstərəcəyi isə öncədən proqnozlaşdırmaq mümkün deyil”.
Karantin rejiminin müddətinin uzadılmasının payız-qış mövsümündən asılı olduğuna diqqət çəkən Y.Qarayeva bildirib ki, bu müddətdə bütün respirator virus xəstəliklərinin sayında artım müşahidə olunur:
“Həmçinin başqa virus infeksiyalarının sayının artması da qeydə alınır. Ölkədə havalar hələlik ciddi şəkildə soyumayıb və bu səbəbdən respirator virus xəstəliklərinin mövsümü də başlamayıb”.
Onun sözlərinə görə, son günlərdə yoluxma saylarının azalması infeksiyanın tamamilə ləğv olunması demək deyil:
“Həmişə vurğulayırıq ki, yaşlılarda, xroniki xəstəlikləri olanlarda koronavirus infeksiyası daha ağır gedişatlı keçə bilər. Bu səbəbdən həmin kateqoriyaya aid şəxslərin vaksin olunması arzuolunandır. Bununla yanaşı, koronovirusla bağlı qoruyucu tədbirlərə də əməl edilməsi mütləqdir” - Departament rəhbəri əlavə edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin dünənki qərarı ilə ölkədə karantim rejiminin vaxtı yanvar ayının 1-nə qədər uzadılıb.
Xatırladaq ki, bu günə qədər ölkədə koronavirusa yoluxanların ümumi sayı 823 100 nəfər təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə