Təklif dəstəkləndi: “Avtobuslarda “apteçka” olmalıdır”
Banuçiçək Kalbalıyeva
13:58 11.09.2020
Cəmiyyət
907
“Ancaq onlar formal xarakterli olmamalıdır”
“Gərək sürücülər də yardım göstərmək qaydalarını bilsinlər”
Avtobuslarda bədbəxt hadisələrin sayı artıb. Qəfildən kiminsə halı pisləşir, ürək bulanması, baş gicəllənməsi olur. Bu isə ayrı-ayrılıqda kimlərisə yox, bütünlüklə cəmiyyəti narahat edən məqamdır. Məsələ ilə bağlı danışan həkim-allerqoloq Şahvələd Məmmədov avtobuslarda ilkin tibbi yardım çantasının olmasını zəruri hesab edir:
“Türkiyədə avtobuslarda “apteçka” olur. Bu ənənə sovet vaxtı bizdə də var idi. Təəssüf, sonradan unuduldu...”.
Bu barədə “Sherg.az”a fikirlərini bildirən nəqliyyat eksperti Elməddin Muradlı təklifi dəstəkləyib:
“Bəli, ictimai nəqliyyatda, xüsusilə, avtobuslarda “apteçka”ların olması vacibdir. Ancaq onlar formal xarakterli olmamalıdır. Gərək sürücülər də yardım göstərmək qaydalarını bilsinlər.
Həmin tibb çantasının tərkibi hazırlanmalı və Nazirlər Kabineti bunu təsdiqləməlidir. Belə ki, “apteçka”nın içində çox dərmanın olması məqsədəuyğun deyil.
Avtobuslarda soyuducuların olmadığını, dərmanların isti havada keyfiyyətini itirib, əks-effekt verə biləcəyi ehtimalını nəzərə almaq lazımdır. Ona görə də tibb çantasının içində yalnız ən vacib dərmanlar olmalıdır.
Hələ illər əvvəl “Yol hərəkətinin təhlükəsizliyinə aid” dövlət proqramı hazırlanıb. Müvafiq qurumlar konkret məsələ ilə bağlı fəaliyyətlərində həmin sənədin tələblərini rəhbər tutmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi