Televiziyalar hədəfdə: Nə qədər Nadirdən, Aygündən..."
Banuçiçək Kalbalıyeva
14:37 11.08.2021
Cəmiyyət
817
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ARB televiziyasının efirində narkotik vasitələrin dövriyyəsiylə bağlı maraqlı faktlar açıqlayıb. O, bir neçə gözəllik salonunda qadınlara arıqlama dərmanı adı altında narkotik maddə metanfetamin “patı”nın satıldığını bildirib. Daxili İşlər Nazirliyinə bir neçə belə fakt daxil olub və faktlar araşdırılıb. Həmin əməlləri törədən şəxslər barəsində tədbir görülüb. Bununla belə DİN rəsmisi deyib ki, gözəllik salonlarına gedib arıqlama dərmanı adıyla müxtəlif həblər əldə edən şəxslər diqqətli olmalıdırlar. Çünki salonlarda həmin narkotik vasitələri qadınlara verən şəxslər onun narkotik tərkibli maddə olduğu barədə məlumat vermirlər. Nəticədə bir-iki dəfə istifadədən sonra həmin qadınlar “patı”nın aludəçisinə çevrilirlər.
Keçmiş polis rəisi Mahmud Hacıyev sözügedən narkotik vasitənin belə kütləviləşməsi barədə “Sherg.az”a danışdı:
“Cinayətkarlıq hər yerə çatır. Ümumiyyətlə, insan faktoru olan yerdə belə neqativ hallar istisna deyil. Polis orqanları bu işlə ciddi məşğul olur, uğurlu əmliyyatlar keçirirlər”.
M.Hacıyev, həmçinin medianın fəaliyyətindən söz açdı:
“Qəzet və saytlar kifayət maarifləndirici materiallar təqdim edirlər. Amma məsələ ondan ibaərtdir ki, qadınlar mətbuata üstünlük vermir, daha çox televiziyaya baxırlar. Kanallarımızın susması, bu barədə bircə dəqiqəlik videosüjet təqdim etməməsi isə təəssüfləndiricidir. Sanki “qurbağa gölünə daş atmısan”. Nə qədər Nadirdən, Röyadan, Aygün Kazımovunun donunu uzatmasından danışmaq olar?! Qadınlar maariflənməli, bu cür maddələrin asılılıq yaratdığını bilməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
18:28 06.06.2026
Hadisə
Toyları stadionda olacaq
17:58 06.06.2026
Şou
Baş mühəndis institutun rəhbəri oldu
17:47 06.06.2026
Cəmiyyət
Dələduzluğa görə axtarışda olan 13 nəfər istintaqa təhvil verilib
17:34 06.06.2026
Hadisə
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
17:30 06.06.2026
Ekologiya
Şagirdi döyən idman müəllimi cəzalandırıldı
17:07 06.06.2026
Elm və Təhsil
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
16:32 06.06.2026
Dünya
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var
16:23 06.06.2026
Dünya
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
14:25 06.06.2026
Ekologiya
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
14:19 06.06.2026
Hadisə
İtkin düşən yeddi nəfər tapıldı
13:40 06.06.2026
Hadisə
Sabaha yağışlı hava gözlənilir
13:10 06.06.2026
Ekologiya
Tramp Boltonu “müharibə tərəfdarı” adlandırıb
12:51 06.06.2026
Dünya
Livanın briqada generalı öldürüldü
12:44 06.06.2026
Gündəm
Yer kürəsində G2 səviyyəli maqnit qasırğası başa çatıb
12:30 06.06.2026
Ekologiya