Terrorçuluğa çağırış TƏHLÜKƏSİ: “Qarabağla bağlı münaqişələrin yaşandığı bir məqamda...” – DTX işləyir !
Banuçiçək Kalbalıyeva
11:26 31.08.2020
Cəmiyyət
727
Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidmətinin kompleks tədbirləri davam etdirilir.
DTX-dan verilən məlumata görə, Azərbaycan vətəndaşı Vəliyev Faliq Qalib oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan istifadəsinə dair əsaslı məlumatlar əldə olunub.
Eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə ilə əlaqədar hazırlıq keçməsi, xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-təxribat xarakterli təlimlərə cəlb edilməsi ilə bağlı məsələlərdə də günahlandırılıb.
Fərdi ləqəb altında ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun barəsində beynəlxalq axtarış elan edilib.
Faliq Vəliyevin Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilib.O, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq 2020-ci il avqustun 27-də Azərbaycan Respublikasına ekstradisiya olunub.
Hazırda cinayət işi üzrə araşdırma davam edir.
Son vaxtlar sosial şəbəkələr vasitəsilə terrorçuluğa çağırış meylləri güclənib. Keçmiş polisi rəisi Mahmud Hacıyev bu barədə “Sherg.az”a açıqlamasında deyib ki, müvafiq qurumlar belə neqativ hallara qarşı uğurla mübarizə aparır:
“Əvvəlki qurum, yəni MTN çox yarıtmaz fəaliyyəti ilə seçilirdi. Özləri cinayətlə məşğul idilər. Odur ki, iyirmiyə yaxın yüksək rütbəli şəxs həbs olundu. Amma indi vəziyyət dəyişib.
DTX-da leytenantdan tutmuş generaladək bütün kadrlar peşəkardırlar. Terrorizmə təşviq cinayət məcəlləsi ilə tənzimlənir. Bu, nə polisin, nə də prokurorluğun işidir.
Məsələ ilə birbaşa DTX məşğul olur. İndi, xüsusilə Qarabağla bağlı münaqişələrin yaşandığı bir məqamda insanların bu cür işlərlə məşğul olacağına inanmıram. Varsa da, çox azdır. Onlar da tez bir zamanda yaxalanır və cəzalanırlar. Dediyim kimi, DTX öz işinin öhdəsindən layiqinə gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan "Maykrosoft"a inanılmaz qadağa...
19:57 08.10.2026
Texnologiya
Portuqaliya Amerikadan F-35 qırıcıları ala bilər
19:48 08.10.2026
Dünya
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət