"Travma yaşamış uşağın əsas ehtiyacı özünü güvəndə hiss etməkdir" - Psixoloq
Yusif Sultanoğlu
10:24 06.11.2023
Cəmiyyət
561
"Onlarla güvəndə olduqları və qorunduqlarıyla bağlı rahatladıcı söhbətlər aparmaq lazımdır"
“Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə və dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, yenə də uşaqların təhlükəsizliyinə biganəlik hallarına rast gəlinir. Belə ki, yalnız ötən on gün ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında həyata keçirilmiş operativ əməliyyatlar sayəsində Nazirliyin xilasediciləri tərəfindən köməksiz və təhlükəli vəziyyətdə olan 33 uşaq xilas edilib”.
Bu barədə FHN-nin əhaliyə müraciətində deyilir. “Aparılan təhlillər balacaların sağlamlığını və həyatını təhlükə altına alan bu kimi halların yaranmasının səbəbinin əksər hallarda onların nəzarətsiz qalması olduğunu göstərir.
Sual ortaya çıxır. Bu vəziyyət uşaqların psixologiyasına necə təsir göstərə bilər?
Psixoloq Ayşən Bayramova "Sherg.az"a açıqlamasında bildirib ki, neqativ həyat təcrübələrindən qaçınmaq imkansızdır:
"Əslində hamımız bu yaşantılara müəyyən qədər dayanıqlı olaraq dünyaya gəlmişik. Qorxu, çarəsizlik, məğlubiyyət kimi duyğuların və stressin öhdəsindən gəlmə potensialına sahibik. Uşaqların da, günlük yaşantıların da böyük və kiçik neqativ hadisələr mövcuddur. Üzərlərinə pişik tullana, yelləncəkdən yıxıla və ya qorxulu hekayə dinləyə bilərlər. Eləcə də, qəzaya düşə, cinsi istismara məruz qala bilərlər. Yaşanılan neqativ hadisənin duyğusal yükündən asılı olaraq, bu hadisə uşaq üçün stress faktoru ola biləcəyi kimi travma da ola bilər. Neqativ yaşam təcrübəsinə məruz qalmış uşağa sosial ve ailə dəstəyi az, zəif sinir sisteminə malik, valideynlərinə güvənli şəkildə bağlanmayıbsa, ana-ata da sarsıla və ya uşağın keçmiş yaşantısında travmatik hadisələr yığını çoxdursa, uşağın psixoloji travma alma ehtimalı artar. Yetişkinlərdə olduğu kimi uşaq və yeniyetmələrdə də travmatik hadisədən sonra travma stress pozuntusu yarada bilər. Tədqiqatlar göstərmişdir ki, insan tərəfindən həyata keçirilən travmatik yaşam hadisəsindən sonra TSSP-sunun inkişaf etmə ehtimalı daha yüksəkdir. Sözsüz ki, uşaqlara neqativ yaşam təcrübəsi valideynləri tərəfindən yaşadılmışsa, bunun uşaqda izi daha dərin olacaq. Çünki uşağın təməl duyğusu olan güvən duyğusu zədələnəcəkdir".
Psixoloq qeyd edib ki, travma simptomları olaraq, uşaqlarda ayrılma təşvişi, sıx ağlamalar, qəzəb krizləri, aqressiv davranışlar, yataq islatma, qaranlıqdan qorxma, kabuslar, məktəbə getməyi rədd etmə, akademik müvəfəqiyyətin aşağı düşməsi kimi halları özünü göstərə bilir:
“ Həmçinin bu simptomlara psixosomatik olaraq ürəkbulanma, qarın və baş ağrıları, bağırsaq problemləri, yuxu və qidalanma pozuntularını da, nümunə olaraq göstərə bilərik. Travma yaşamış bir uşağın əsas ehtiyacı özünü güvəndə hiss etməkdir. Onlarla güvəndə olduqları və qorunduqlarıyla bağlı rahatladıcı söhbətlər aparmaq, harada yaşayacaqlarıyla bağlı məlumat vermək, yemək, yuxu, oyun kimi gündəlik rutinlərinin pozulmamasına diqqət yetirmək, yaşadıqları hadisənin təsirini azaltmağa yardımçı olacaqdır. Bunlarla yanaşı psixoterapevtik dəstəkdə zəruridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə