“Twitter”də Qarabağla bağlı postlar silinir ! - Kənar müdaxilə, yoxsa...?
Banuçiçək Kalbalıyeva
13:14 02.11.2020
Cəmiyyət
635
Son vaxtlar müxtəlif sosial şəbəkələrdə Dağlıq Qarabağla bağlı həqiqətlərin, həmçinin Bərdə, Gəncə dağıntılarına dair məlumatların silindiyinin şahidi oluruq. Bu, əlbəttə, təəssüfləndiricidir. Biz “Facebook”da, “Twitter”də yazacağıq, kimsədə siləcək? Yəni, həqiqətən “kimsənin” işidir? Ya həmin statusların silinməsinin başqa səbəbləri var? İnformasiya müharibəsinin səngər savaşı qədər vacib olduğu bir vaxtda sosial şəbəkələrdə yazılan statusların, paylaşılan multimedia vasitələrinin nə qədər əhəmiyyətli olduğunu etiraf etməliyik. Deməli, məsələnin aydınlanmasına ehtiyac var.
Siyasi analitik Yeganə Hacıyevanın bu barədə özünün “Facebook” hesabında yazdıqları da xarakterikdir:
“ ““Twitter” “zorakılıq görüntüləri və kütləvi qırğın silahlarının nümayişi” adı altında Gəncə və Bərdədə ermənilərin mülki əhaliyə qarşı kasset bombalarla hücumun görüntülərini silir. Bu paylaşımları edən hesabları bloklamaq hədəsi ilə paylaşımları silməyə məcbur edir. Xüsusilə beynəlxalq insan haqları təşkilatlatları tağlanmış paylaşımlar silinir...”.
İnternet-media eksperti Səbuhi Abbasov bu barədə “Sherg.az”a danışıb. O, aysberqin görünməyən tərəflərindən söz açıb:
““Twitter”dən əvvəl “Facebook”da da eyni problem var idi- profillər kütləvi şəkildə bloklanırdı. Hətta Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla bağlı müvafiq müraciət etmişdi. İndi geniş formada olmasa da, “Twitter”də də eyni məqamla rastlaşırıq.
Heç də bütün statuslar avtomatik silinmir. Bunun bir mexanizmi, alqoritmi var: şikayətlər “bəyənmə”ləri, rəyləri dəfələrlə üstələyən zaman post avtomatik silinir və ya gizlədilir. Yəni məsələ “Twitter” rəhbərliyində yox, birbaşa istifadəçilərdədir.
Nəzərə almaq lazımdır ki, sözügedən sosial şəbəkə kifayət qədər ciddi platformadır. Ən böyük dünya liderləri bircə “Twit”lə dünyanı dəyişə bilirlər. Deməli, kənar müdaxilə mümkün deyil”.
S. Abbasov, həmçinin çıxış yolunu da göstərib:
“Şikayətlər lap çox olarsa, hətta nəinki post silinə, profil də bloklana bilər. “Facebook”dan fərqli olaraq, “Twitter”də bloklanmış profili bərpa etmək, yenidən aktivləşdirmək olduqca çətindir.
Deməli, istifadəçilər bir-birilərinin postlarına, paylaşımlarına qarşı qısqanc olmamalı, bacardıqları qədər rəy yazmalı, “like” etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət