Ukraynada həbs olunan azərbaycanlı qazinin məhkəmə iclası keçirilib - FOTO
Yusif Nəzərli
09:33 23.09.2022
Cəmiyyət
529
Dünən Kiyev vilayətinin Obuxov Rayon Məhkəməsində İkinci Qarabağ müharibəsi qazisi Misir Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Oxu.Az xəbər verir ki, məhkəmə iclasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad, UABD-nin İdarə Heyətinin üzvləri və fəalları, Azərbaycan səfirliyinin nümayəndəsi Samir Allahverdiyev iştirak edib.
Hikmət Cavadın sözlərinə görə, məhkəmə iclası başlamazdan əvvəl o, hakim Aleksandr Tixanski ilə görüşüb və onu Misir Qasımlıya açılan cinayət işinə uzun müddət baxılmasına görə Ukraynadakı Azərbaycan diasporunun və Azərbaycan ictimaiyyətinin narahatlığı ilə bağlı məlumatlandırıb.
“Məhkəmə prosesində birbaşa çıxışımda bir daha hakimdən xahiş etdim ki, Misir Qasımlı İkinci Qarabağ müharibəsi qazisi kimi diasporumuz üçün çox dəyərli olduğundan mənim məsuliyyətimlə zaminə buraxılsın. Vurğuladım ki, əgər prokurorluq hər məhkəmə iclasında iş üzrə birbaşa sübutları məhkəməyə təqdim edə bilmirsə, məhkəmə prosesinin 15 ay uzadılması yolverilməzdir. Bununla bağlı məhkəmə prosesinin sürətləndirilməsini xahiş etdim”, - deyə Hikmət Cavad bildirib.
Onun sözlərinə görə, hakim zərərçəkmiş şəxs qismində çıxış edən İspaniya vətəndaşının məhkəmə prosesində iştirak etməsi ilə bağlı dövlət ittihamçısına və zərərçəkənin vəkilinə oktyabrın sonuna qədər vaxt verdi və əks halda sübutların yetərincə olmamasına görə işə xitam verə biləcəyini bildirdi.
“Bu, şikayətçinin İspaniyadakı Ukrayna səfirliyinə gələrək videokonfrans vasitəsilə məhkəmə iclasında iştirak etməsini nəzərdə tutan prosessual qaydaya uyğun həyata keçirilməlidir. Səfirlik şikayətçinin şəxsiyyətini təsdiqləməli, daha sonra xüsusi prosessual qaydaya əsasən, tərcüməçinin iştirakı ilə ondan ifadə alınmalıdır. Oktyabrın sonuna qədər daha üç dinləmənin keçirilməsi gözlənilir. Biz Misirin yanında olacağıq”, - UABD rəhbəri vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya