
Uşaqları günəşin zərərli təsirindən necə qoruyaq? -Pediatrdan tövsiyə
Yusif Sultanoğlu
10:45 28.06.2024
Cəmiyyət
679
Uşaqların fiziki və psixoloji baxımdan sağlam ola bilməsi üçün hərəkətə, açıq havaya, günəşə ehtiyacları var. Mütəxəssislər bildirir ki, körpənin açıq havaya çıxarılması, günəş şüaları qəbul etməsi çox mühümdür. Günəş şüası sümük və toxuma inkişafı üçün əhəmiyyətlidir. Uşaqlar açıq havada rahat oynayırlar. Onlar üçün açıq havada oynamaq böyük ehtiyacdır. Yazda açıq havada oynamağa daha çox can atarlar. Parklara, bağa qaçarlar.
Yay fəslində anaları maraqlandıran əsas suallardan biri – Uşaqları günəşin zərərli təsirindən necə qoruyaq ?
Pediatr Nigar Abdullayeva “Sherg.az"a bildirib ki, uşaqlar saat 11:00 – 17:00 arası günəş şüalarının təsirinə məruz qalmamalıdır:

“Uşaqların açıq günəş altında gəzmə müddəti 20-30 dəqiqə olmalıdır. Bu zaman uşağın başınaa mutləq papaq taxılmalıdır. Ümumiyyətlə isə 6 aya qədər uşaqlara bir başa günəş şüası altında olmaq məsləhət görülmür. Çünki onların dərisi çox incədir. Yanıqlar və gələcəkdə dəri xərçənginin yaranma riski ola bilər. Günəş qoruyucu kremlərə gəldikdə isə onların əsas funksiyası günəş şüalarının zərərli təsirindən bizi qorumaqdır.
Günəş qoruyucu kremleri seçərkən bu 4 əsas xüsusiyyətə fikir verin:
1.SPF 30 olmalı
2.Geniş təsir spektrli qoruma ( UVA/UVB)
3.Tərkibində daha çox mineral komponentlər olmalıdır
4.Suda istifadə olunacaqsa suya davamlı olmalıdır.
Qeyd edim ki, günəş qoruyucu kremlerin 6 aya qədər uşaqlara istifadə olunması tövsiyyə edilmir. Tərkibində titan dioksid və sink oksid olan kremlərə üstünlük verin. Çünki bu komponentlər həssas dəri üçün daha uyğundur. Uşaqlar üçün qoruyuculuğu SPF 30 olan kremlər ən ideal seçimdir. Çünki SPF faktor artdıqca kremin tərkibində kimyəvi maddələrin miqdarı da artır. Krem dəriyə günəşə çıxmazdan 15 dəqiqə öncə çəkilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə