Uşaqların 91,3 faizi internetdən istifadə edir: Kitab oxuyan çox azdır
09:32 24.10.2024
Cəmiyyət
383
Türkiyədə 6 -15 yaş qrupunda olan uşaqların yüzdə 74-ü rəqəmsal oyunlar oynayır. Onların təxminən yarısının həftə sonları bu fəaliyyətə gündə təxminən 2 saat və ya daha çox vaxt sərf etdiyi müəyyən edilib.
Sherg.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) “2024 Uşaqların İnformasiya Texnologiyaları İstifadəsi Araşdırması”nın nəticələrini açıqlayıb.
Məlum olub ki, Türkiyədə 6-15 yaş kateqoriyasındakı uşaqların yüzdə 91,3-ü internetdən, yüzdə 74-ü isə rəqəmsal oyunlar oynayır.
Cins və yaş qrupu üzrə araşdırıldığında oğlanların 82,8 faizinin, qızların isə 64,8 faizinin rəqəmsal oyunlar oynadığı qeydə alınıb.
Bu göstərici 6-10 yaş qrupunda oğlanlarda 80,6, qızlarda 70,6, 11-15 yaş qrupunda oğlanlarda 85, qızlarda isə 58,7 faiz təşkil edib.
Rəqəmsal oyunlar oynayan uşaqların 90,8 faizi bunu mütəmadi oynadıqlarını bildirib.
Bu uşaqların 25,6 faizinin həftə içi, 41,8 faizinin isə həftə sonları gündə təxminən 2 saat və ya daha çox rəqəmsal oyunlar oynadığı müəyyən edilib.
Sözügedən dövrdə həftə içi rəqəmsal oyunlar oynayan uşaqların nisbəti 6-10 yaş qrupunda yüzdə 21,8, 11-15 yaş qrupunda isə yüzdə 29,8 olub. Həftə sonu bu göstəricilər müvafiq olaraq 37,4 və 46,6 faiz olaraq qeydə alınıb.
Müntəzəm olaraq rəqəmsal oyunlar oynayan uşaqlardan bu barədə şəxsi fikirləri də soruşulub. Uşaqların 46,3 faizi valideynlərinin onlara həddən artıq çox oyun oynadığını düşündüyünü bildirib.
Bu uşaqların 40,1 faizi planlaşdırılandan çox oyun oynadığını, 35,6 faizi oyun oynamağın onların məsuliyyətlərini laqeyd etmələrinə səbəb olduğunu, 29,9 faizi oyun oynamağa çox vaxt sərf etdiyini, yüzdə 23,4-ü isə özünü narahat hiss etdiyini bildirib.
Uşaqlardan kompüter, mobil telefon və ya smartfon, internet və sosial mediadan istifadə, rəqəmsal oyunlar oynamaq, televizora baxmaq kimi fəaliyyətlər üçün ekran qarşısında keçirdikləri vaxtın səbəbləri də soruşulub.
Buna görə uşaqların yüzdə 34,4-ü ekran qarşısında daha çox vaxt keçirdikləri üçün daha az kitab oxuduqlarını bildiriblər.
Bunu yüzdə 33,3 ilə az oxumaq, 25,5 faizlə ailə ilə daha az vaxt keçirmək, yüzdə 18,6 ilə daha az dostlarla üz-üzə görmək, yüzdə 17,2 ilə daha az oyun oynamaq və az yatmaq izləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm