
Vətəndaş icra hakimiyyətinin qarşısında özünü yandırdı, DEPUTAT ONU QINADI
Yusif Nəzərli
12:40 04.07.2022
Cəmiyyət
655
Razi Nurullayev:"Düşünürəm ki, hər halda vətəndaşlar bu cür hərəkətlərə əl atmazdan öncə, dövlət qurumları ilə görüş keçirməldirlər. Eyni zamanda, millət vəkillərinə müraciət etsinlər, jurnalistlərdən kömək istəsinlər"
Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub. APA-nın yerli bürosunun xəbərinə görə, Şəmkir rayonunun Yeni həyat kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.
Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.
Son zamanlar insanların müxtəlif hakimiyyət orqanlarının önündə özünə xəsarət yetirməsi, habelə, özünün yandırması diqqət çəkir. Vətəndaşların öz etirazlarının bu şəkildə bildirməsi həm ürək ağrıdan, həm də sual yaradan məqamdır.
Maraqlıdır, niyə insanlar bu cür əməllər əl atırlar, onları buna kim və nə məcbur edir ?

Sualımızı cavablandıran millət vəkili Razi Nurullayev “Sherg.az”a açıqlamasında bildirib ki, insanların özünü yandırmasına, özünə xəsarət yetirməsinə yaxşı hal kimi baxmıram:
“Nə olursa, olsun, insan öz canına qəsd etməməlidir. İnsan bunu etməklə, öz ailəsini, uşaqlarını, qohumlarını və yaxınlarını pis vəziyyətdə qoyur. Öz vəziyyətini də daha da ağırlaşdırmış olur. Bu səbəbdən bu üsula əl atmaq düzgün deyil”.
Deputat qeyd edib ki, həmin şəxsi bu hadisəni törətməyə təhrik edən səbəblər araşdırılmalıdır:
“Düşünürəm ki, hər halda vətəndaşlar bu cür hərəkətlərə əl atmazdan öncə, dövlət qurumları ilə görüş keçirməldirlər. Eyni zamanda, millət vəkillərinə müraciət etsinlər, jurnalistlərdən kömək istəsinlər. Məsələ bu və digər şəkildə araşdırılsın. Şəxsən mənə müraciət edən insanların problemlərini araşdırırıq. Amma özünün yandırmaq halı doğru yanaşma deyil. Lakin burada həmin şəxsin nə qədər haqlı olub – olmaması haqqında heç nə bilmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə