Vəzifəlilərə qarşı cəmiyyət aqressivləşib
Turan
23:22 03.08.2021
Cəmiyyət
584
Razi Nurullayev: "Qanundankənar çağırışların sayı kimyəvi reaksiya sürəti ilə artmaqdadır"
“Fürsət gözləyən nə qədər insan var ki, onlar bu məsələni və müzakirəni Parlamenti vurmaq və gözdən salmaq üçün istifadə edirlər”. Bu fikirləri Milli Məclisin iclasında çıxış edən deputat Razi Nurullayev səsləndirib. Parlament üzvü bildirib ki, cəmiyyətin xeyli aqressivləşməsi və vəzifəli şəxslərin cəzalandırılmasına, həbs edilməsinə toy-bayram kimi yanaşması qəbuledilməzdir: “Bunun bir səbəbi bəzi vəzifəli şəxslərin vətəndaşları davamlı olaraq narazı salması, onları yerli-yersiz incitməsi, bəzən isə “anadan əmdiyi südü burnundan gətirməsi”dir.
Digər səbəbi isə bir qrup insanın cəmiyyətdə davamlı olaraq qarşıdurma yaratmaq, narazılıqları böyütmək, hər düşən fürsətdən faydalanaraq ölkəni təlatümə sürükləyib qarışıqlıq salmaq cəhdləridir. Bunların içərisində çoxluğu xaricdə rahat və təhlükəsiz yerlərdə oturub 24 saat nifrət və söyüş püskürənlər təşkil edir. Digər qismi isə ölkədə olan bəzi siyasilərdən və onların təsir edib başını döndərdiyi vətəndaşlardan ibarətdir. Amma bilin ki, fürsət qovalamaq, hər küncdə-bucaqda qurşaqdan aşağı zərbə endirməyə çalışmaq insani hiss deyil və siyasətçiyə yaraşmaz. Çünki bu siyasətin də iki başı var və o biri başı gəlib öz təpənizi əzəcək”.
R.Nurullayev qeyd edib ki, cəmiyyətin qəddarlaşması onu çox narahat edir:
“Kim qanunu pozubsa, haqqında hüquqi çərçivədə tədbir görülməlidir. Amma hər dəfə qanundankənar çağırışların sayı kimyəvi reaksiya sürəti ilə artmaqdadır. Sosial şəbəkələrdə məmurları, vəzifəli şəxsləri “kəsək, öldürək, asaq, yandıraq, ayağına daş bağlayıb dənizə ataq, dərisini soyaq, təyyarəylə göyə qaldırıb başıaşağı tullayaq” kimi ifadələrin sayı-hesabı yoxdur. Axı bu, nə yanaşmadır, nə ritorikadır? Bu şəkildə cəmiyyət hara yuvarlanır?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə