Virtual oyunların asılılıq sirri: “Qalibiyyət həzzinin əsirinə çevrilirlər”
Banuçiçək Kalbalıyeva
16:34 10.09.2020
Cəmiyyət
808
“Özgüvən problemi olanlar, özünü təsdiq etməyə ehtiyac duyanlar belə oyunları oynayırlar”
“Çünki özlərini real həyatda realizə edə bilmir və virtual mühitə üz tuturlar”
“Qazanan isə oyunu kəşf edənlər olur. Onlar oyunçu sayına və ya başqa amilə görə xeyli gəlir əldə edirlər”
Xüsusilə, uşaq və yeniyetmələrdə son vaxtlar qəribə bir tendensiya müşahidə olunur. Onlar kompüter oyunlarına o qədər böyük maraq göstərirlər ki, nəinki dərsləri, öhdəlikləri, hətta həmin an, bəlkə, adları da yaddan çıxır. Əlbəttə, heç bir halda xoşagələn və başadüşülən hal deyil. Daha maraqlısı isə uşaq və yeniyetmələrdən savayı, yaşlı adamların da çox vaxt belə oyunların əsirinə çevrilmələridir. Saatlarla kompüter arxasından qalxmır, əllərindəki telefonu yerə qoymurlar. Valideyn belədirsə, övladı necə qınayaq?
Qınamaq fikrimiz də yoxdur. Amma “Sherg.az” olaraq psixoloq Fərqanə Mehmanqızı ilə birlikdə məsələyə aydınlıq gətirmək, xoşagəlməz tendensiyanın sirrini üzə çıxarmağa çalışdıq. O, aysberqin görünməyən tərəflərindən danışdı:
“Asılılıq insanın xislətində var. Və bunun müxtəlif növləri mövcuddur-insana, yeməyə...v s. Belə asılılıqlardan biri də oyunadır. Adətən özgüvən problemi olanlar, özünü təsdiq etməyə ehtiyac duyanlar belə oyunları oynayırlar.
Çünki özlərini real həyatda realizə edə bilmir və virtual mühitə üz tuturlar. Əsas məqam ondan ibarətdir ki, belə oyunların ilk mərhələləri çox asan olur.
Beləliklə, oyunçuya qalibiyyət həzzini yaşamağa imkan yaradılır. Məhz həmin həzzin dadını bildiyinə görə, insan sonradan oyunun əsirinə çevrilir. Qazanan isə oyunu kəşf edənlər olur. Onlar oyunçu sayına və ya başqa amilə görə xeyli gəlir əldə edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol