“Xocəsən” stansiyasında interval nə qədər olacaq? - AÇIQLAMA
Yusif Nəzərli
09:18 23.12.2022
Cəmiyyət
485
Bu gün Bakı Metropoliteninin yerüstü ikinci, ümumilikdə isə 27-ci stansiyası olan “Xocəsən” stansiyası sərnişinlərin istifadəsinə verilib.
Bu barədə Oxu.Az-a açılışında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O bildirib ki, “Xocəsən” stansiyası “bənövşəyi xətt”in dördüncü stansiyası olaraq bu gün ilk sərnişinlərini qarşılayıb:
“Belə ki, “bənövşəyi xətt”in “Xocəsən” elektrik deposunun ərazisində eyniadlı yerüstü stansiya istismara verilib. Eyni zamanda 25 ha ərazini əhatə edən “Xocəsən” deposunun da tikinti işlərinin birinci hissəsi sona çatdırılıb.
“Bənövşəyi xətt” 7 vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulduğundan stansiyanın platforması 144 metr uzunluğundadır. Bugünkü dövr üçün ərazidə yaşayan sakinlərin sayı nəzərə alınaraq qatarların ilkin intervalı 16 dəqiqə təyin edilib”.
Qeyd edək ki, “Xocəsən” stansiyasının rəisi Seyfulla Vəliyevdir. O daha əvvəl “Memar Əcəmi” stansiyasının, bu təyinata qədər isə “Nəriman Nərimanov” stansiyasının rəisi vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya