Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
Yusif Nəzərli
06:00 23.11.2023
Cəmiyyət
591
Əlbəttə, xoşbəxt cütlük, xoşbəxt ailə olmaq üçün səy göstərmək gərəkdir. İnsan xəta edə bilər, önəmli olan, xətanı düzəltməyə çalışmaq və buna nail olmaqdır. Bu isə cütlüklərin davranışlarından, biri-birinə necə münasibət göstərdiklərindən çox asılıdır.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xoşbəxt həyat yaşamaq üçün davranışlarda diqqət edilməli 10 qaydanı təqdim edir:
Birincisi, aranızda yaşanan hər hansı problemi valideynlərinizə, yaxın dostlar və rəfiqələrə söyləməkdən çəkinin. Başqalarını şəxsi münasibətlərinizə daxil etməyin. Problemləri öz aranızda həll etməyə çalışın. Ailənizə, yaxın dostlarınıza həyat yoldaşınızdan şikayət etməyin. Şikayət etmək üçün fürsət gözləməyin. Bu, gələcəkdə sizə utanc verər və peşmanlıq hissi yaradar. Xoşbəxt cütlüklər biri-birini olduğu kimi qəbul edir və əsla başqa biriləriylə müqayisə aparmazlar. Müqayisə aparsanız, bu, sizi xoşbəxt etməyəcək, əksinə, peşmanlıq yaşadacaq. Xoşbəxt cütlüklər duyğularını və münasibətlərdəki rollarının məsuliyyətini anlayır və buna uyğun davranırlar. Özlərini bədbəxt saymaqdan qaçır, istəklərini açıq dilə gətirirlər. Həyatdan ləzzət almağı, əylənməyi bacaranlar, çətin zamanlarda belə sabaha ümidlə baxanlar həyata şən baxır, həyat da onların üzünə gülür. Xoşbəxt cütlüklər tərəf-müqabilinin hər hansı səhv hərəkətini onun üzünə vurmur, etdiyi hərəkətə görə mühakimə etmir, ona kömək olmağa çalışır. Maddi baxımdan da, xoşbəxt cütlüklər diqqətli hərəkət edir, çətin maddi duruma düşməmək üçün ehtiyatlı davranırlar. Xoşbəxt cütlüklər biri-birinin istəklərini bilənlərdir, qarşı tərəfin nə istədiyini bilmək üçün bunu ondan soruşmağa ehtiyac görməyənlər, tərəf-müqabilini sevindirə bilir. Birgə yaşayışda qarşılıqlı çalışma da önəmlidir. Ev işlərini paylaşmaq birgə yaşayışın zövqünü artırır. Xoşbəxtliyin bir başqa sirri isə tərəf-müqabilini dəstəkləmək, çətin vəziyyətdə ona kömək etmək, işini ağırlaşdırmaq yox, yüngülləşdirməyə çalışmaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya