Manisanın Turgutlu rayonunda yaşayan İbrahim Irqatcı sosial media üzərindən etdiyi çağırışla Türkiyənin hər yerindən gələn qızıl həvəskarlarını İzmirin Kemalpaşa rayonundakı Yiğitler çayına toplayıb.
Sherg.az xəbər verir ki, yağışa və soyuğa baxmayaraq iştirakçılar çaya girərək “pan” adlanan avadanlıqla qızıl dənəciklərini ayırdılar və bir çoxu tapdı.
Irqatcı bildirdi ki, tədbirin məqsədi qanuni və məlumatlı şəkildə qızıl axtarmağı öyrətməkdir, iştirakçıların yarısı təcrübəli, yarısı isə yeni gələnlərdir. Tədbirdə həmçinin akademiklər də iştirak edib, ətraf mühitə diqqətli iş üsulları izah edilib. Çay yataqlarındakı qum yalnız təbii üsulla yuyulur, kimyəvi maddə istifadə olunmur və fəaliyyət tamamilə hobbi məqsədlidir. Tədbir hər il bir-iki dəfə təşkil olunur.
