Yeni həbs dalğası başlayacaq
Yusif Nəzərli
08:21 08.07.2022
Cəmiyyət
369
FETÖ-nün NATO tərəfindən terror təşkilatı kimi tanınması Ərdoğanın əl-qolunu açdı
FETÖ təşkilatı NATO-nun terror qurumları siyahısına daxil edilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, buna NATO-nun Madrid Zirvəsi zamanı İsveç və Finlandiyanın təşkilata üzv olmasına dair danışıqlarda şərt qoyaraq nail olub. Ərdoğan əlavə edib ki, siyahıya PKK, PYD-YPG də daxil edilib: “İsveç, Finlandiya və NATO rəhbərliyinə FETÖ-nü terror təşkilatı kimi tanıyacaqsınız dedik. Razı olmasanız, imza atmayacağıq dedik, razılaşdılar. Beləliklə, FETÖ terror təşkilatı kimi siyahıya daxil oldu”. Türkiyə lideri bildirib ki, bu günə qədər yalnız Avropa Birliyinin terror təşkilatı olaraq tanıdığı PKK, NATO tərəfindən də terror təşkilatı kimi tanınıb: “Baş katibə, digər prezident və baş nazirlərə “bunlar qırmızı xətlərimizdir” dedik”.
Mühüm qərarla bağlı “Şərq”ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, FETÖ-nün beynəlxalq hərbi blok tərəfindən terror təşkilatı kimi qəbul olunması Ərdoğanın əl-qolunu açdı. Professorun sözlərinə görə, FETÖ-nün həm PKK, həm də ASALA kimi təşkilatlarla çox ciddi əlaqələri var. Həmçinin, Suriya və Livanda “Hizbullah” terror təşkilatı ilə də əlbirdir:
“NATO-nun qərarı Türkiyə üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə hökuməti illərdir həm daxildə, həm də xaricdə terrorçu qüvvələrə qarşı mübarizə aparır. Xüsusən, sovet ittifaqının, İranın, Suriya və Livanın dəstək verdiyi PKK terrorçuları kifayət qədər küncə sıxılıb.
PKK-nı da 1985-ci ildə Suriyada ASALA yaradıb. Başında da Rusiyanın kəşfiyyat orqanları dayanırdı. Türkiyədə həbsdə olan fetöçülərin sayı minlərlədir.
Böyük ehtimalla yeni həbs dalğası başlayacaq. Nəzərə alaq ki, Türkiyədə gələn il prezident seçkisi keçiriləcək. CHP və müttəfiqləri seçki öncəsi ölkədəki sabitliyi pozmaq, aranı qarışdırmaq üçün əllərindən gələni edəcəklər. Seçki öncəsi, elə seçki dönəmində də Türkiyənin böyük şəhərlərində terror aktları törədilməsinə cəhdlər olacaq. Ankara hökuməti bunların qarşısını almaq üçün çalışacaq.
Qardaş ölkədə kəşfiyyat xidməti çox güclüdür. FETÖ-nün terrorçu kimi tanınması bu qruplaşmaya qarşı mübarizəni daha da genişmiqyaslı edəcək. Yaxşı olar ki, FETÖ-nün Azərbaycana uzanan əlləri də kəsilsin. Bəziləri maskalansa da, bizdə də fetöçülər var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm