Yoqa məşqləri insanın özünə verə biləcəyi ən gözəl hədiyyədir
Yoqa məşqləri insanın özünə verə biləcəyi ən gözəl hədiyyədir
Yusif Sultanoğlu
06:41 23.11.2023
Cəmiyyət
654
Çarəsi olmayan xəstəlikləri yaxına buraxmır
Bu o qədər hərtərəfli praktikadır ki, sağlamlığı, gözəlliyi, gücü, zəkanı, imanı və daha nələri elmi ilə əhatə edir
Bəzi məşqləri böyrək fəaliyyətini stimulyasiya edir və onurğanı möhkəmləndirir
“Yoqa insanı sakitləşdirir, stress səviyyəsini azaldır, gücü artırır və fitnesin qorunmasına kömək edir”. Bu barədə “Men Today” jurnalının araşdırmasında qeyd olunub.
Bildirilib ki, yoqa kişilərdə çevikliyi inkişaf etdirir. Bu da idman zədələri riskini azaldır və məşqi daha effektiv edir: “Yoqanın daha bir üstünlüyü odur ki, o, qaməti yaxşılaşdırır, arxa əzələləri gücləndirir və onurğa sütununu uzadır, ona görə də oturaq həyat tərzi keçirən insanlar bu tip məşqləri nəzərdən keçirməlidirlər”.
Yoqa bələdçisi Vəfa Əsgərova isə “Sherg.az”a açıqlamasında deyib ki,
yoqa insanın fiziki sağlamlığına kömək etdiyi kimi, həmçinin insanın mənəvi cəhətdən inkişafına, mənfi enerjini dəf etməsinə, daha gümrah olmasına, problemlərlə rahat mübarizə aparmasına, sağlam fikirlərin təməlinin formalaşmasına kömək edir:
“Azərbaycanda yoqaya diqqətin artması sevindirici haldır. İndi ölkəmizdə yoqa ilə məşğul olan zallar mövcuddur, həmçinin sərbəst şəkildə də yoqa ilə məşğul olan şəxslər sürətlə artır. Evdar xanımlar, gənclər, hətta uşaqların belə yoqaya marağının artması çox gözəl hal hesab olunur. Bu zaman insan təkcə idman etmiş sayılmır, həm də ruhun təmizlənmə prosesini də həyata keçirir. Yoqa edərkən hər kəs elədiyi və eləmədiyi, düşündüyü və düşünmədiyi şeylərlə özünü rəsm edir və gələcək karmasını formalaşdırır. Düşüncə, söz, əməl - heç biri itmir, hamısı bizi və gələcəyimizi müəyyən edir”.
Bələdçinin sözlərinə görə, yoqa zamanı əhəmiyyətli məsələlərdən biri düzgün şəkildə nəfəs alıb-vermək, alınan nəfəsi ciyərlərimizdə hiss etməkdir. Bu proses təkcə mənəvi cəhətdən deyil, həm də bədənin düzgün şəkildə inkişafına, fiziki cəhətdən rahatlanmasına kömək edir:
“Yoga yalnız burun vasitəsilə nəfəs alır. Başlayanlar üçün yenidən qurulmaq çətindir, amma bu, bütün praktikanın vacib bir hissəsidir. Yoqa həmişə təbiətlə əlaqələnir, bunda onun gizli cazibəsi var.
Yoqa ilə məşğul olunan zaman dünya ilə əlaqələr kəsilir və ancaq öz dünyasında fəaliyyət göstərilir. Zehnin dərinliklərində narahat edən, düşündürən problemlərdən uzaqlaşılır. Beyin təmizləndiyi üçün neqativ enerjilərdən uzaqlaşılır. İçi rahat, sakitləşmiş beyinlə artıq daha düzgün baxış açısından baxır, əsəbiləşib neqativ enerjilərlə yüklənmək əvəzinə sakitliyini qoruyub çıxış variantları axtarmaqa çalışır. Onu deyim ki, yoqa praktikasının keyfiyyəti gədər, əynimizdəki paltar da bu keyfiyyətə təsir edir. Çox gen və çox dar da olmamalıdı. Hərəkətlərdə məhdudiyyət yaratmamalıdır”.
V.Əsgərova deyib ki, yoqa praktikası, o qədər hərtərəfli praktikadır ki,
sağlamlığı, gözəlliyi, gücü, zəkanı, imanı və daha nələri elmi ilə əhatə edir:
“Yoqa elminin pillələri müxtəlif xəstəlik və narahatlıq doğuran hissləri bədəndən təmizləyir. İmmuniteti də gücləndirir. Yəni yoqa məşqi orqanizm üçün süni stress yaradır və bununla işləməyi də praktika içərisində görsədir. Nəticədə daha güclü, daha dayanıqlı və sağlam bir orqanizmə sahib olmaq mümkündür.
Bəzi məşqləri böyrək fəaliyyətini stimulyasiya edir və onurğanı möhkəmləndirir. Hətta skolioz xəstələri üçün yoqa praktikasında olan başıaşağı asanalar xüsusi yer tutur. Nəfəs praktikası simpatik sinir sistemini aktivləşdirir. Bir sözlə, yoqa məşqləri özümüzə verə biləcəyimiz ən gözəl hədiyyədir. Tibdə çarəsi olmayan xəstəlikləri belə üzə çıxmağa qoymur, bütün bədən üçün sağlamlaşdırıcı, gözəlləşdirən və təmizləyici rol oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya