
Tramp-Mask ittifaqı Amerikanın siyasi dairələrində çoxlarını narahat edir -Elxan Şahinoğlu
Yusif Nəzərli
16:45 02.01.2025
Dünya
437
2024-cü ilin sonu və Yeni ilin ilk günləri Amerika Birləşmiş Ştatları üçün pis başladı. Cəmi 3 gün ərzində 2 terror hadisəsi və Las-Veqas şəhərində yeni Prezident Donald Trampa məxsus “Trump İnternational” otelinin qarşısında Tesla “Cybertruck” markalı pikapın partlaması qeydə alınıb.
“Trump İnternational” otelinin qarşısındakı partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Politoloq Elxan Şahinoğlunun fikrincə, baş verənlər Ağ Evin gələcək sahibi üçün 2025-ci ilin ağır keçəcəyinin xəbərçisidir.
O "Sherg.az" a açıqlamasında qeyd edib ki, bu hadisədə hazırda ABŞ-ın iki əsas fiqurunun – Donald Trampın və İlon Maskın adı çəkilib:

"Birinin oteli hədəf götürülüb, digərinin icad etdiyi avtomobili müəammalı şəkildə partlayıb. İlon Mask partlayışla bağlı “X” sosial şəbəkəsindəki hesabında “biz heç vaxt belə bir şey görməmişik” cümləsini yazıb. Görünür, Mask bununla ona işarə edib ki, ona və dəstəklədiyi Prezidentə qarşı təxribat həyata keçirilib.
Tramp-Mask ittifaqı Amerikanın siyasi dairələrində çoxlarını narahat edir. İki mühafizəkarın ittifaqının ABŞ-ın daxili və xarici siyasətinə mənfi təsirləri barədə müxtəli mülahizələr mövcuddur. Mövzuyla bağlı “New York Times” dərgisində maraqlı məqalə yayımlanıb. Məqalədə keçmiş amerikalı general Rassel Onorenin Maskı “Amerika üçün əsas təhlükədir” yanaşması yer alıb. General Maskın ABŞ-ın əsas rəqibi Çinlə əlaqələrinə diqqət çəkib. Generalın fikrincə, Trampdan fərqli olaraq Mask Çin Kommunist Partiyası və onun yürütdüyü siyasət barədə yüksək fikirdədir. Həqiqətən Maskın Çində yatırımları və zavodları mövcuddur. Məqalədə yazılıb ki, Mask Çin hökumətinin nəzarət etdiyi banklardan təxminən 1.4 milyard dollar kredit götürüb. Bu pula Çinin Şanxay şəhərində Tesla şirkətinə məxsus zavod tikilib. General Çinin müxtəlif ölkələrə və biznesmenlərə kreditləri havayı vermədiyini, bunun qarşılığında siyasi tələbləri olduğuna diqqəti çəkib".
Politoloq deyib ki, Donald Trampın özü Ağ Evdə oturan kimi Çinə qarşı gömrük tariflərini artıracağını planlaşdırıb. Belə olan halda Maskın Trampın bu qərarına dəstək verməsi çətindir:
"Əks halda Maskın Çindəki yatırımları və zavodu təhlükə altında olacaq. Maskın Pekinlə yaxınlığı gələcək dövlət katibi Marko Rubionun da narahatlığına səbəb olub.
Başqa narahatlıq Maskın Pekinlə yanaşı Moskva ilə də sıx əlaqələrinin mövcud olmasıdır. “Wall Street Journal” dərgisində yayımlanan məqalədə Maskın 2022-ci ilin sonundan Rusiya Prezidenti Vladimir Putinlə də təmasları olduğu bildirilib. Bu baxımdan bir qrup demokrat senator İlon Maskın müxtəlif ölkələrin hökumətləri ilə imzaladığı müqavilələri araşdırmağı tələb edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi