Gürcüstan hökuməti builki dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən müsəlman icmasına 4,15 milyon lari məbləğində vəsait ayırıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyindən bildirilib.
Məlumata əsasən, erməni xristian, Roma katolik və yəhudi icmasına ayrılmış vəsait isə müvafiq olaraq 1,1 milyon lari, 700 min lari və 550 min lari təşkil edib.
Gürcüstanda 2025-ci ilin dövlət büdcəsindən dini icmalara ayrılmış vəsaitin ümumi həcmi 6,5 milyon lariyə bərabərdir. Vəsaitin təqdim olunmasında məqsəd sovet totalitar rejimi dövründə dini icmalara dəymiş ziyanın qismən ödənilməsidir.
Qeyd edək ki, qonşu ölkədə əhalinin 10%-dən çoxu İslam dininə etiqad edir.