
Mişa ömrünü dəmir barmaqlıqlar arasında keçirəcək - TƏHLİL
08:26 18.03.2025
Siyasət
456
Saakaşvili bütün günahların səbəbini özündə axtarmalıdır
“Zelenskini, Paşinyanı nə gözləyir, onu gələcək göstərəcək. Demokratik yolla hakimiyyətə gəlmək heç də həmişə uğurlu gələcək vəd etmir”
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilini 2021-ci ildə sərhədi qanunsuz keçməkdə ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə Gürcüstanın “Pirveli” telekanalı məlumat yayıb.
Hökmü hakim Mixail Cincholiya oxuyub. Hökmün elanı məhkəmə zalında səs-küyə səbəb olub. Məhkəmə icraçıları eks-prezidentin tərəfdarlarını məhkəmə zalından çıxarmağa məcbur olublar. Saakaşvilinin özü iclasda iştirak etməyib.
Xatırladaq ki, bu il martın 12-də Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini dövlət vəsaitlərini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.
Saakaşvili məhkəmənin hökmünə feysbuk hesabından belə reaksiya verib: "Bu, Gürcüstanı təslim etmədiyimə, əsrlər ərzində ilk dəfə uğurlu gürcü dövləti qurmağa cəsarət etdiyimizə verilən cavabdır. Mənim əleyhimə heç nə tapa bilmədikdə, prezident administrasiyasının rəsmi xərcləri səbəbilə mənə faktiki olaraq ömürlük həbs cəzası verdilər. İvanişvilinin mafiyalaşmış klanı ölkə naminə göstərilən fədakarlığı, vətən sevgisini və vicdanlılığı belə cəzalandırır!".
Milli Cəbhə Partiyası başqanının müavini, siyasi ekspert Məhəmməd Əsədullazadənin “Sherg.az”a açıqlamasına görə, Gürcüstanın eks-prezdenti Mixeil Saakaşvilinin həbs olunması və ona qarşı fərqli maddələrlə cinayət işinin açılıb, hökm kəsilməsi siyasi təqibdir:

“Gürcü Arzusu” Partiyasının yeganə alternativi Saakaşvilidir. İndiki vəziyyətdə Gürcüstandakı siyasi gərginlik və müxalifət arasındakı parçalanma, Saakaşviliyə tam dəstəyin verilməməsi hökumətin əlini gücləndirir və eks prezidentə qarşı bu cür siyasi təqiblərin artırılmasına rəvac verir. Uzun illər qərblə əməkdaşlıq edən Saakaşvilinin həbsi ölkədəki qərbmeyilli qüvvələri neytrallaşdırmaq və Rusiya ilə yaxınlaşmaqdır. Qərarın indiki məqamda qəbul edilməsi Gürcüstanda etirazları təşviq edən qüvvələrə qarşı mesajları da özündə ehtiva edir”.
M.Əsədullazadənin fikrincə, Kreml Saakaşvilini Gürcüstan siyasətində görmək istəmir və Gürcüstanın hakim partiyası da onu ömürlük həbsə məhkum etməklə Rusiyaya doğru addım atır.
Politoloq hesab edir ki, Saakaşvilinin yaxın illərdə həbsdən azad olunması inandırıcı deyil:
“Əgər o, hökumətdən əfv istəyib siyasətdən tamamilə çəkildiyini elan etsə, ona bir şans verilə bilir. Lakin Saakaşvilinin də buna gedəcəyini güman etmirəm”.
Ağ Partiyanın sədr müavini, siyasi ekspert Əhəd Məmmədli isə qeyd edib ki, Saakaşvili və onun tərəfdarları hər nə qədər onu günahsız hesab etsə də, reallıq ortadadır:
“Faktiki olaraq korrupsiyalaşmış İvanişvili klanı Saakaşvilini seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırdı. Saakaşvilidən sonra da ölkədə keçirilən bütün seçkilərdə “Gürcü Arzusu” Partiyası qələbə çalıb. Üstəlik, heç kəs Gürcüstandakı seçkilərin demokratik və şəffaf olmasına da şübhə ilə yanaşmır.
Demək ki, gürcü xalqı Saakaşvilidən fərqli olaraq İvanişvili klanını mafiyalaşmış hökumət hesab eləmir, əksinə, xalqın rifahını “Gürcü Arzusu” Partiyasında görür.
Saakaşvili həbs olunduğu gündən xəstəxana şəraitində saxlanılır. O, bir gün belə həbsxanada, islah mərkəzlərində çətin şəraitdə olmayıb. Özü-özünə əziyyət verib, aclıq aksiyası keçirib sağlamlığını təhlükəyə atıbsa, bunun günahını niyə hökumətin üzərinə atır?”.
Politoloqun fikrincə, Saakaşvili bütün günahların səbəbini özündə axtarmalıdır:
“Qərb layihələrinin sonunun hər zaman belə olduğunu əvvəlcədən bilməli idi. İnqilab və ya seçki yolu ilə seçilmiş şəxslər hakimiyyətə gətirilir və sonrakı proseslərdə isə həmin şəxsin sonu ya qazamat, ya da ölüm olur. Saakaşvili sağlamlığından dolayı xəstəxanada saxlanılır, Ukrayna Prezidenti Zelenskini, Ermənistanın Baş naziri Nikol Paşinyanı nə gözləyir, onu gələcək göstərəcək. Demokratik yolla hakimiyyətə gəlmək heç də həmişə uğurlu gələcək vəd etmir. Pafoslu çıxışlarla, real siyasət başqa şeydir. Postsovet ölkələrində pafosla hakimiyyətə gələn qüvvələrin taleyi göz önündədir. Saakaşvili də bariz nümunəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq