Əfşar Süleymani: Trampın məktub çox tünd formada olmayıb və diplomatik nəzakət qaydalarına əməl edilib

Tehranın cavabı isə “biz danışıqlardan qaçmırıq və müzakiyərə hazırıq. Lakin hədə-qorxuyla müzakirə mümkünsüzdür” formasındadır

Hazırda ABŞ Prezidenti Donald Trampın məktubunu mediaya yaymaq fikrimiz yoxdur.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında deyib.
İran XİN rəsmisi bildirib ki, Trampın məktubunun məzmununu açıqlamaq fikrimiz yoxdur. Məktubun məzmunu Trampın ictimai bəyanatları ilə yaxından üst-üstə düşür. 
Onun sözlərinə görə, araşdırmalar başa çatdıqdan sonra məktuba müvafiq şəkildə cavab veriləcək. Qeyd edək ki, Donald Tramp martın 6-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri martın 12-də Trampın məktubunu İrana çatdırıb.


İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani “Sherg.az”a bildirib ki, Donald Tramp məktubu yazdığı kimi özü də məzmununu açıqlamalı idi:

“Donald Tramp məktubda bir sıra məsələlərə, o cümlədən danışıqların olmasıyla bağlı mövcud vəziyyətə toxunub. Diplomatik qaydalara uyğun olaraq həmin məktubun yazan tərəf məzmununu söyləməlidir. İran tərəfindən məktubun məzmunu açıqlamanmasa da, çox güman ki, cavab göndərilib. Qeyri-rəsmi məlumatlara görə Tehran hakimiyyəti İran xarici işlər naziri Abbas Əraqçını İordaniyaya göndərməklə ümman vasitəsilə məktubun cavabını Amerikaya göndərmək istəyib. Aldığım məlumatlara əsasən sözügedən məktub çox tünd formada olmayıb və diplomatik nəzakət qaydalarına əməl edilib. Həmin məktubda İran prezidenti Məsud Pezeşkiyanın adı çəkilib. İran rəsmilərinin iştirakı ilə iclas keçilirib və məktuba diplomatik səviyyədə cavab yazılıb. Həmin cavab isə “biz danışıqlardan qaçmırıq və müzakiyərə hazırıq. Lakin hədə-qorxuyla müzakirə mümkünsüzdür” formasında olub. Ancaq ilkin görüşlər aşağı səviyyədə baş tutar. Əvvəlcə hər iki tərəfin heyəti aşı bişirməyə qoyarlar, yəni müəyyən müzakirələr apararlar. Daha sonra aş qazanını ocağın üzərindən götürmək vaxtı gələndə prezidentlər səviyyəsində görüşlər olar. Tramp isə danışıqlarda birbaşa iştirak etmək istəyir. Tərəflər arasında pəncərələr bağlı qalmayacaq və sözügedən məktublaşlamar pəncərinin birini aça bilər”.