Avropa Birliyinin Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçilər"i yenidən fəallaşıb.
Sherg.az xəbər verir ki, bununla bağlı yeni görüntülər paylaşılıb.
AB-yə məxsus bir neçə “Toyota” markalı avtomobildə "müşahidəçilər" Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq Qazax istiqamətində ərazilərimizi izləməyə başlayıblar.
"Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilərdə onların fəaliyyətlərini diqqətlə izləyirlər.
Həmin görüntüləri təqdim edirik: