
BMT üçün hüquq anlayışı mövcud deyil - RƏY
Yusif Nəzərli
04:40 07.03.2025
Siyasət
414
Dədə-baba yurdlarına qayıdış uğrunda mübarizə aparan Qərbi azərbaycanlıların taleyi BMT komissarını maraqlandırmır
Qərbi Azərbaycan İcması (QAİ) BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında səsləndirilmiş qərəzli fikirləri qınayıb. İcmanın bəyanatında bildirilib ki, ali komissardan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının ağır fəsadlarını, o cümlədən dini-mədəni irsin dağıdılmasını və mina terrorunu pisləməsini, Ermənistanı itkin düşmüş 4 minə qədər azərbaycanlının taleyinin müəyyənləşdirilməsi üçün ölkəmizlə səmimi əməkdaşlığa dəvət etməsini gözləyirik. Qeyd olunub ki, ali komissar Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın bu yaxınlarda yayılmış və azərbaycanlıların deportasiya edilməsi yolu ilə monoetnik dövlətin yaradılmasını hədəfləyən irqçi çıxışını, İrəvanda qədim məscidin qalıqları üstündə restoran tikilməsini, Ermənistanda zaman-zaman revanşist fikirlərin səslənməsini də pisləməyib: "Biz ali komissardan Ermənistanı öz dədə-baba yurdlarına dinc yolla qayıdış uğrunda mübarizə aparan Qərbi azərbaycanlılarla dialoqa başlamağa çağırmasını gözləyirdik. Lakin ali komissar bunların heç birini etmədi. Əksinə, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərdi, Xocalı soyqırımını törətmiş hərbi canilərin azad olunmasına çağırış etdi. Ali komissarın bu çağırışı faktiki olaraq cəzasızlığı təşviq etmək anlamına gəlir. Ali komissarı beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa, beynəlxalq insan hüquqları hüququna selektiv yanaşmamağa və suveren dövlətin məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırırıq". Məlumat üçün bildirək ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk Vardanyan, Harutrunyan, Manukyan və digər cinayətkarların azadlığa buraxılmasını tələb edən bəyanat səsləndirib. O deyib ki, "Azərbaycanda saxlanılan etnik ermənilər dərhal azadlığa buraxılmalıdır".
Siyasi şərhçi Azər Niftiyev "Sherg.az"a deyib ki, 30 il ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayıb və bu ərazilərdə yaşayan uşaq, qoca, qadın daxil günahsız insanları qətliama məruz qoyub. Ekspert vurğulayıb ki, ermənilər bəşəri soyqırımlar və terror aktları həyata keçiriblər:

"İşğal zamanı mina və ekoloji terror nəticəsində torpaqlarımızı xarabalığa çeviriblər. Bu dövr ərzində Ermənistan tərəfindən törədilən dəhşətli cinayətlərə göz yuman, işğalçılıq faktının təsdiqinə dair qətnamələri kağız parçası sayan və işğalçıya dəstək verən qüvvələr Bakıda müharibə cinayətlərinə görə məhkəmələri gedən quldurlara "azadlıq" tələb edirlər. Ağır işğalın törətdiyi fəsadlar, mina, ekoloji və mənəvi terrordan, itkin düşmüş 4 min azərbaycanlının taleyindən danışmalı olan ali komissar bəşər əleyhinə qəddar cinayətlərə imza atan separatçılara azadlıq tələb edir. Dədə-baba yurdlarına qayıdış uğrunda mübarizə aparan Qərbi azərbaycanlıların taleyi də görünür BMT komissarını maraqlandırmır. Onun bəyanatı bir daha təsdiq edir ki, BMT üçün hüquq anlayışı mövcud deyil. Bu, təşkilatın mandatına ziddir. Bu, belə olmasaydı, BMT-nin insan haqlarına məsul rəsmisi cəzasızlığı təşviq etməzdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region